Mövsümi qripə qarşı vaksinasiyada Niderland istehsalı olan preparat tətbiq olunur
27.10.2026 14:02
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən yüksək keyfiyyətli qrip əleyhinə peyvəndlər Niderland istehsalı olan "Influvac Tetra" inaktivləşdirilmiş dördlü qrip vaksindir.
 
Aztibb.az xəbər verir ki, qripə qarşı peyvəndlənmə xüsusilə xəstəliyin ağır gedişi və fəsadları baxımından risk qrupuna daxil olan şəxslər üçün tövsiyə olunur. Bu qrupa uşaqlar, 65 yaş və yuxarı şəxslər, xroniki xəstəlikləri olanlar, immun sistemi zəifləmiş şəxslər və hamilə qadınlar daxildir. Tibb işçilərinin peyvəndlənməsi də həm özlərinin qorunması, həm də səhiyyə müəssisələrində infeksiyanın yayılma riskinin azaldılması baxımından əhəmiyyətlidir.
 
Hazırda Bakı və Sumqayıt şəhərlərində ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisələri vaksinlərlə təmin edilib və oktyabrın 21-dən etibarən peyvəndlənmə tədbirlərinə başlanılıb.
 
Qeyd edək ki, peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır. 6 aylıqdan başlayaraq uşaqlara və böyüklərə tətbiq edilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?