Dünyada iqlim dəyişikliyinin insan ölümlərinə təsiri açıqlanıb
03.06.2021 09:15

Dünyada 1991-2018-ci illər ərzində istiliklə ilə bağlı insan ölümlərinin 37 faizi iqlim dəyişikliyilə bağlıdır.

 

Aztibb.az xəbər verir ki, bu barədə tədqiqat işi Bern Universiteti Sosial və Qabaqlayıcı Təbabət İnstitutunun bir qrup əməkdaşının “Nature Climate Change” jurnalında dərc olunmuş tədqiqatında yer alıb.

 

Tədqiqatçılar sözügedən müddət ərzində dünyanın 732 şəhərində istiliklə bağlı ölümləri təhlil ediblər. Tədqiqatda iqlim dəyişikliyinin qasırğa, su daşqınları, quraqlıq kimi digər fəsadlarının təsiri nəzərə alınmayıb.

 

Araşdırmanın əhatə etdiyi şəhərlərdə sözügedən müddət ərzində istiliklə bağlı ildə orta hesabla 9 700 nəfər ölüb. Bu göstəriciyə görə, 239 nəfərlə San Paulo birinci yerdədir. Regionlara gəlincə, Cənubi Amerika şəhərlərində ən yüksək rəqəmlər qeydə alınıb, sonrakı yerləri Cənubi Avropa və Cənubi Asiya tutur.

 

Həmçinin istiliklə bağlı ölümlərin 82 faizi iqlim dəyişikliyi nəticəsi olduğu Honolulu şəhəri isə bu baxımdan dünya lideridir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər