Mayın 29-u Ümumdünya Sağlam Qidalanma Günüdür    
29.05.2021 09:16

Bu gün Ümumdünya Qastroenteroloqlar Təşkilatının təşəbbüsü ilə təsis olunub. Təşkilat 1935-ci ildə qastroenteroloqların Brüsseldə keçirilən birinci beynəlxalq konqresində yaradılsa da, onun rəsmi təsis tarixi 1958-ci il mayın 29-u hesab olunur. Həmin gün Vaşinqtonda keçirilən Qastroenteroloqların Birinci Dünya Konqresində təşkilatın nizamnaməsinin qəbul edildiyi günün Sağlam Qidalanma Günü elan edilməsi qərara alınıb.

 

Aztibb.az xəbər verir ki, beynəlxalq qeyri-hökumət, peşəkar tibb federasiyası olan Ümumdünya Qastroenteroloqlar Təşkilatı yüzdən çox milli cəmiyyəti və dörd regional assosiasiyanı birləşdirir. Qurumun 50 mindən çox fərdi üzvü var.

 

Bu günü qeyd etməklə Ümumdünya Qastroenteroloqlar Təşkilatının əsas məqsədi əhali arasında maarifləndirmə tədbirləri aparmaq, ictimaiyyətin diqqətini həzm pozulması səbəbindən yaranan problemlərə yönəltmək, o cümlədən hər il qastroenteroloji xəstəliklərin sayının çoxalması barədə xəbərdarlıq etməkdir. Təşkilat həmin məsələlərin işıqlandırılması, xəstəliyin profilaktikası, həmçinin həzm sistemi xəstəliklərinin müalicəsinin səmərəli üsullarının axtarışı ilə məşğul olur.

 

Statistika göstərir ki, əhalinin 50-60 faizi düzgün olmayan həyat tərzi və həzm sistemi orqanlarının xəstəliklərinin pozulmasından əziyyət çəkir. Böyük şəhərlərdə həmin rəqəm 90 faizə çatır. Qıcqırma, köp, mütəmadi təkrarlanan qarın ağrısı həzm pozuntusu əlamətləri sayılır. Həmçinin düzgün qidalanmamağın nəticələri özünü piylənmə, maddələr mübadiləsinin pozulması və digər xəstəliklərlə büruzə verir. Həmin problemlərdən qorunmaq üçün əsas üsullardan biri də profilaktikadır. Profilaktik tədbirlərin əsası zərərli vərdişlərdən və az hərəkətli həyat tərzindən imtina etmək, stresdən uzaq olmaq, fiziki fəallığı artırmaq, rejim və qidalanma rasionuna diqqət yetirməkdən ibarətdir.

 

Azərbaycanda da sağlam qidalanmanın təşviqi məqsədilə müxtəlif addımlar atılır. Ölkəmizdə aktiv həyat tərzinin təbliği, düzgün qidalanma, insan sağlamlığı üçün ziyanlı olan plastik qablaşdırıcılardan istifadənin azaldılması, zərərli vərdişlərdən imtina istiqamətində tədbirlər görülür.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
Neftçalada
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Yay aylarında bu qidalar zəhərlənmə riskini artırır