Uşaq və yeniyetmələr arasında artan intihar epidemiyası – SƏBƏBLƏR
22.05.2021 11:57

Cəmiyyət institutlarını intihar və onun səbəbləri hər zaman dərindən narahat edib. Buna səbəb ola biləcək risk faktorlarının müəyyən edilməsi istiqamətində zaman-zaman müxtəlif təhlillər aparılıb, tədbirlər  həyata keçirilib.

 

Aztibb.az xəbər verir ki, yeniyetmələrin özünə sui-qəsd cəhdi və intiharları ilə bağlı dünyada uşaq və yeniyetmə psixiatriyası sahəsində mütəxəssislər müxtəlif şərhlər veriblər. Təqdim edilən məlumatlarda intihar 15-25 yaş arası yeniyetmələrin və yetkinlik yaşında gənclərin ölümünə səbəb olan ikinci faktor kimi göstərilir. Təhlillərdə çox vaxt ruhi xəstəliklər və ailədaxili münasibətlər intihara başlıca səbəbi kimi əsaslandırılıb. Halbuki, son araşdırmalarda COVID-19 pandemiyası dövründə təhsil və digər fəaliyyətlərlə bağlı məhdudiyyətlərin yaranması, izolyasiya və s. yeniyetmə və gənclər arasında intiharların artmasına səbəb olan amil qismində qiymətləndirilir.

 

Müəyyən edilib ki, COVID-19 infeksiyası insanlara tarixdə digər viral infeksiyalar zamanında olduğu kimi psixoloji olaraq da təsir göstərir.

 

Pandemiya dövründə evə qapanma və digər məhdudiyyətlər məktəblilərin həmyaşıdları və ya dostları ilə sosiallaşma fəaliyyətləri üçün internetdən istifadəsini artırıb. Kütləvi olaraq sosial şəbəkələrdən istifadədə yüksəlişin olması intihar risklərinin də çoxalmasına səbəb olub. Hesabatlarda kiber zorakılıq səbəblərdən biri olaraq vurğulanır.

 

Yaponiyanın Milli Uşaq Sağlamlığı və İnkişaf Mərkəzi tərəfindən 8700 uşaq və yeniyetmə arasında aparılan araşdırmaya görə, məktəb yaşındakı uşaqların yüzdə 75-i pandemiya səbəbindən stres yaşayır.

 

“Mübarizə yolu məktəb-müəllim-valideyn üçbucağından keçir. Bu işdə ən əsas öhdəlik isə valideyn və müəllimlərin üzərinə düşür. Həm müəllimlər, həm də valideynlər məktəblilərin virtual aləmdə təhlüksəzliyini təmin etmək üçün onlara lazımi bilik və bacarıqları aşılamaq işini qarşılıqlı əməkdaşlıq formasında həyata keçirməlidir”,  – deyə mütəxəssislər bildirirlər.

 

Eyni zamanda, uşaqlara və yeniyetmələrə psixososial dəstəyin göstərilməsi məqsədilə layihələrin təşkili də təsirli mübarizə üsulu kimi tövsiyə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev