Şahbuzda tibbi aksiya: 63 sakin müayinə olunub  
23.04.2026 14:31
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin ixtisaslı həkim briqadası tərəfindən əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığın artırılması məqsədilə növbəti tibbi müayinə aksiyası həyata keçirilib.
 
Nazirliyin mətbuat xidmətindən Aztibb.az bildirilib ki, xəstəxananın ixtisaslaşmış həkim briqadası Şahbuz Rayon Biçənək Kənd Tibb Məntəqəsində tibbi müayinə təşkil edib.
 
Aksiya çərçivəsində müxtəlif ixtisaslar üzrə müayinələr aparılıb. Belə ki, 16 pediatrik, 10 cərrahi, 12 terapevtik, 13 laborator, 6 kardiorevmatoloji və 6 ginekoloji müayinələr həyata keçirilib. Ümumilikdə 63 nəfər vətəndaş tibbi müayinədən keçib, müraciət edən şəxslərə müvafiq tibbi məsləhətlər verilib və zəruri hallarda müalicə təyin olunub.
 
Bu cür tibbi müayinə aksiyalarının təşkili səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin mühüm və prioritet istiqamətlərindən biri olmaqla, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması, vaxtında müalicəyə cəlb olunma imkanlarının artırılması və profilaktik tədbirlərin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır