Bu gün tarixdə ilk çiçək peyvəndi həyata keçirilib
14.05.2021 10:51

1796-ci ilin 14 mayında ingilis cərrah Edvard Cenner ilk çiçək peyvəndini həyata keçirib.

 

Aztibb.az tibb tarixindən maraqlı faktları təqdim edir.

 

Böyük epidemiyaya çevrilən və ölümlə nəticələnən çiçək xəstəliyi əsrlər boyu insan həyatını təhdid edirdi. Həkim Edvard Cenner doğulduğu bölgədə insanlara inəklərdən yoluxmuş çiçək xəstəliyinin qarşısını almaq üçün son dərəcə təhlükəli bir təcrübəyə başlayır.

 

1796-cı ildə inəkdən çiçək xəstəliyinə yoluxmuş bir xəstənin yarasından götürdüyü nümunə əsasında hazırladığı peyvəndi 8 yaşlı bir uşağa vurur. İki ay sonra həmin uşağa təkrar çiçək peyvəndi etdikdən sonra xəstəliyin keçib getdiyini müşahidə edən Cenner, bu üsulla hazırladığı peyvəndin xəstəliyə qarşı olduğunu sübut edir.  

 

Qısa müddətdə İngiltərədə və daha sonra bütün Avropada qəbul edilərək tətbiq olunan bu peyvənd metodu çiçək xəstəliyindən ölüm sayını əhəmiyyətli dərəcədə azaldır. 

 

İnkişaf etdirdiyi çiçək peyvəndi ilə tibb tarixində əhəmiyyətli bir yer qazanan Edvard Cenner ABŞ-ın Berkeley şəhərində anadan olub. On üç yaşından iyirmi bir yaşına qədər bir cərrah yanında şagirdliyə başlayır və cərrahiyyə sahəsində təcrübə qazanır. Sonralar dövrün məşhur anatomiya alimi Con Hanterin tələbəsi və asissenti olur.

 

1773-cü ildə Berkeleyə qayıdır və ömrünün sonuna qədər bu şəhərdə həkim işləyir. Tədqiqatlarını davam etdirən Cenner 1813-cü ildə Oksford Universitetinin fəxri doktoru adına layiq görülür və Kral Cəmiyyətinin üzvü seçilir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır