Süni ürək taxılan xəstə 100 gün yaşadı
15.03.2025 12:03

Avstraliyada ürək çatışmazlığından müalicə alan xəstə süni ürəklə 100 gün yaşayıb. Bu dünya tibb tarixində ilk dəfə baş verib.

 

Aztibb.az  "The Guardian" qəzetinə xəbər verir ki, 2024-cü ilin noyabrında 40 yaşlarında olan şəxsə 6 saatlıq əməliyyatla "BiVACOR" süni ürək transplantasiya edilib. Əvvəlki ABŞ sınaqlarında bu texnologiya ilə müalicə olunan xəstələr adətən 27 gün ərzində donor ürək alırdı. Lakin, Avstraliyadakı xəstə 100 gün süni ürəklə yaşayıb.

 

Sidneydə keçirilən uğurlu əməliyyatdan sonra xəstə donordan real ürək transplantasiyası ilə sağlığına qovuşub.

 

Əməliyyatı həyata keçirən cərrah Prof. Paul Jansz bu tibbi uğuru "illərdir üzərində çalışdıqları bir xəyalın reallaşması" kimi qiymətləndirib, professor Kris Hayvard isə BiVACOR-un ürək çatışmazlığının müalicəsində beynəlxalq inqilab yaradacağını bildirib.

 

Qeyd edək ki, "BiVACOR" adlanan süni ürək Avstraliyanın Queensland əyalətindəki Dr. Daniel Timms tərəfindən hazırlanıb və dünyada ilk implantasiya edilə bilən fırlanan qan pompasıdır. Bu cihaz maqnit levitasiya texnologiyası ilə işləyərək, sağlam insan ürəyinin qan axışını təqlid edir və inkişaf etmiş ürək çatışmazlığı olan xəstələr üçün "körpü müalicəsi" olaraq nəzərdə tutulub.

 

Dünyada hər il 23 milyondan çox insan ürək çatışmazlığı ilə mübarizə apararkən, yalnız 6 min nəfər uyğun donor ürək tapır. "BiVACOR" orqan donorluğuna alternativ bir həll olaraq diqqət çəkir. Avstraliya hökuməti bu texnologiyanın inkişafı və kommersiyalaşdırılması üçün 50 milyon dollar dəyərində dəstək proqramı başlatmışdır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub