Yoğun bağırsağın patologiyaları qəbizliyə səbəb ola bilir
06.05.2021 11:13

Qəbizlik atonik və spastik olmaqla 2 yerə ayrılır. Atonik qəbizlik yoğun bağırsağın əzələ qişasında tonusun azalması və peristaltikanın zəifləməsi nəticəsində əmələ gəir.


Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, spastik qəbizliyin əmələ gəlməsinə isə bağırsaq divarının dairəvi əzələlərinin spazmı nəticəsində yaranır. Bu zaman bağırsaqda ximusun (bağırsaq möhtəviyyatı) hərəkəti pozulur, nəcis bərk konsistensiyalı hissəciklər şəklində olur.


Uzun müddət çəkən qəbizlik yoğun bağırsağın qeyri-adi dərəcədə uzun və qalın olması ilə xarakterizə edilir. Bu Girşprunq xəstəliyinin əsas əlamətlərindən biri sayılır.


Bundan başqa, yoğun bağırsağın aşağıdakı patologiyaları da qəbizliyə səbəb ola bilir:


- bağırsağın innervasiyası;
- bağırsağın əzələ qişasının zəifləməsi (xüsusən ahıl yaşda);
- B1 vitamini çatışmazlığı;
- astixolin sintezinin pozulması.


Bəzən qəbizlik bağırsaqlarda olan qida kütlələrinin və elektrolitlərin azalması nəticəsində baş verir. Spastik qəbizliyin əmələ gəlməsinə isə azan sinir tonusunun pozulması, psixi gərginlik və intoksikasiyalar (qurğuşun zəhərlənməsi) səbəb olur.


Qəbizlik uzun müddət davam etdikdə bağırsaq şirələrinin sekresiyası azalır və həzm sistemi pozulur. Atonik qəbizlik bağırsaqların həddindən artıq genişlənməsinə, nəcis durğunluğuna və nəcis daşlarının əmələ gəlməsinə səbəb ola bilir. Bu zaman bağırsaqlarda çürümə və qıcqırma prosesləri sürətlənir, meteorizm əmələ gəlir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır