Düz bağırsaq sallanması - Hansı əlamətlərə diqqət yetirmək lazımdır?
21.10.2026 13:31

Düz bağırsaq sallanması bağırsağın bir hissəsinin anal dəlikdən xaricə çıxması ilə müşahidə olunan vəziyyətdir.

 

Aztibb.az xəbər verir ki, cərrah-proktoloq, endoskopist Anar Əliyevin sözlərinə görə, bu problem zamanı yaranan əlamətlərə diqqət yetirmək və vaxtında mütəxəssisə müraciət etmək vacibdir.

Düz bağırsaq sallanması ilkin mərhələlərdə yalnız gücənmə zamanı müşahidə oluna bilər, irəliləmiş hallarda isə daha davamlı xarakter ala bilər. Anal nahiyədə xaricə çıxan toxuma, nəcis ifrazı zamanı gücənmənin artması, bağırsağın tam boşalmaması hissi, selikli ifrazat və narahatlıq bu vəziyyətin əsas əlamətləri sırasındadır.

Bu əlamətlər hemorroyla da qarışdırıla bilər. Buna görə də dəqiq diaqnozun qoyulması üçün proktoloq müayinəsi vacibdir. Müalicə üsulu problemin ağırlıq dərəcəsinə və pasiyentin vəziyyətinə uyğun müəyyən edilir.

Ekspert vurğulayıb ki, bu problemə görə həkimə müraciət etməkdən çəkinmək olmaz. Vaxtında müayinə düzgün diaqnozun qoyulmasına və uyğun müalicə üsulunun seçilməsinə kömək edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır