Təhlükəli xəstəliklərlə qan qrupu arasında əlaqə araşdırılıb
04.05.2021 12:17

İsveç alimlərinin araşdırmalarına görə, bəzi xəstəliklərə meyllilik qan qrupundan asılır. 

 

Aztibb.az xəbər verir ki, mütəxəssislər elmi işlərinin nəticələrini “eLife” elmi jurnalında dərc edib.

 

Tədqiqatçılar beş milyon xəstənin xəstəlik tarixçəsini araşdırıblar. Nəticədə müəyyən bir qan qrupu olan insanlarda daha çox meydana gələn 49 xəstəlik aşkar edilib.

 

Mütəxəssislər birinci qan qrupu olan insanlarda laxtalanma pozğunluğunun daha çox olduğunu, ikinci qan qrupu olan xəstələrdə trombozun çox qeyd edildiyini bildirib. Eyni zamanda, müsbət birinci qan qrupu olan qadınlar hipertoniyadan daha çox əziyyət çəkirlər.

 

Üçüncü qan qrupu olan insanlar isə böyrək daşlarının meydana gəlməsinə digərlərinə nisbətən daha az meyllidirlər.

 

Tədqiqat müəllifləri əldə edilmiş nəticələri təsdiqləmək üçün əlavə araşdırmalar aparmaq niyyətində olduqlarını bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər