Bu gün Ümumdünya Astma ilə Mübarizə Günüdür    
04.05.2021 09:45
Ümumdünya Astma ilə Mübarizə Günü Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə hər il mayın birinci çərşənbə axşamı keçirilir. Həmin gün ilk dəfə 1998-ci ildə qeyd olunub və Ümumdünya Bronxial Astma Forumuna 35 ölkə qoşulub. İldən-ilə həmin ölkələrin sırası genişlənir.
 
Aztibb.az xəbər verir ki, günün keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini astma ilə xəstələnmənin artması probleminə cəlb etmək, ondan əziyyət çəkənlərə göstərilən köməyin keyfiyyətini yüksəltmək və bu barədə insanları məlumatlandırmaqdır. Yunan dilindən tərcümədə astma – "ağır nəfəs" deməkdir. Həmin terminin müəllifi Hippokrat hesab edilir və onun "Daxili iztirablar haqqında" əsərində spazmatik xarakter daşıyan astmanın əsas səbəbinin soyuq və nəmişlik olduğu göstərilir. Alimlər yüzilliklər boyu xəstəliyin səbəblərini öyrənməyə çalışıblar. XX əsrdə astmanı yaradan səbəbin fiziki, kimyəvi və bioloji xarici qıcıqlandırıcılara cavab reaksiyası kimi bronxların lokal iltihabı olduğu müəyyənləşib.
 
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, Yer kürəsində bu xəstəlikdən təxminən 235 milyon insan əziyyət çəkir. Astma uşaqlar arasında nəfəs yollarının xroniki xəstəlikləri arasında ən geniş yayılmışıdır. Xüsusilə 10 yaşına qədər olanlar arasında xəstəlik daha çox inkişaf edir. Üstəlik 2 yaşına qədər olan uşaqlar arasında digər xəstəliklər altında gizləndiyinə görə diaqnoz qoymaq çətindir.
 
Astmanın inkişafının ən başlıca risk faktorları allergenlərdir. Bundan əlavə, soyuq hava, həyəcan, əsəb, qorxu və s. amillər də xəstəliyin əmələ gəlmə səbəblərindən ola bilər. Bəzən xəstəliyin yaranmasında genetik faktorların da rolu olur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər