Dəvələrin qanındakı anticisimlər koronavirusa yoluxmuş insanların müalicəsində faydalı olacaq - ARAŞDIRMA
03.05.2021 15:09

Birləşmiş Ərəb Əmirliklərində alimlər COVID-19-un dəvələrin immun sisteminə təsirini araşdırıblar. Alman professoru Ulrix Vernerin rəhbərlik etdiyi Dubay Baytarlıq Tədqiqatları Mərkəzində bu heyvanların bədəninə süni yolla yeni növ koronavirus yeridilib. Alimlər dəvələrin orqanizmində yaranan anticismi araşdıraraq maraqlı nəticələr əldə ediblər.

 

Aztibb.az “Alarabia” telekanalının reportajına istinadla xəbər verir ki, Yaxın Şərq Respirator Sistemi (MERS) adlanan nəfəsalma üstünlüyünə malik olan dəvələrdə COVID-19-un insanda, pişikkimilərdə və digər canlılarda törətdiyi nəfəs darlığı, qastrointenstinal problemlər, böyrək çatışmazlığı və bütün bunların nəticəsində baş verən ölüm halları aşkar edilməyib. Tədqiqatçılar müəyyən ediblər ki, “səhra gəmisi” adlanan bu heyvanlarda virus reseptoru yoxdur. Bu səbəbdən COVID-19 onların mukosa hüceyrələrinə hücum edə bilmir və ağciyərə keçmədən məhv olur. Bundan başqa, orqanizminə virus yeridilmiş dəvələr bunu digər canlılara yoluxdurmur.

 

Ulrix Verner bildirib ki, bundan əvvəl ABŞ-da və Böyük Britaniyadakı zooparklarda qorilla, pələng və bəbirin COVID-19-a yoluxduğu və virusun digər heyvanlar üçün də yoluxdurucu olduğu müəyyən edilib. Danimarkada isə minkdə mutant virus aşkarlanıb. Bununla belə, Ümumdünya Səhiyyə Təşkilatı heyvanların COVID-19-u yayması riskinin çox az olduğunu bəyan edib.

 

Professor əlavə edib ki, dəvələr üzərində aparılan tədqiqatlar COVID-19-un müalicəsində yeni perspektiv aça bilər. O, hesab edir ki, bu heyvanların orqanizmində yeni növ koronavirusa qarşı yaranan anticisim insanların müalicəsində faydalı olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər