Bu şəhərdə insanlar öz avtomobilində peyvənd vurdura bilər
29.04.2021 21:57

Rumıniyanın paytaxtı Buxarestin Konstitusiya meydanında maşından çıxmamış peyvəndlənmək olar.

 

Aztibb.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ölkədə birinci “drive-through” tipində peyvəndlənmə mərkəzidir. Vətəndaşlar səhər saatlarından peyvəndlənmək üçün maşınlarında növbəyə düzülürlər. Rumıniyanın səhiyyə nazirliyində dövlət katibi Andrey Baçu jurnalistlərə bildirib ki, peyvənd hamıya çatacaq. Yeni peyvəndlənmə mexanizmi, vaxtı olmayan, hər hansı bir səbəbdən peyvəndlənməyə çatmayan vətəndaşlar üçün ünvanlanıb. Mərkəz səhər saat 8-dən axşam saat 8-ə kimi fəaliyyət göstərir. Vətəndaşlara vurulan peyvənd isə Pfizer şirkətinə məxsusdur. Peyvəndlənmək istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsini və mərkəzə çatmamış doldurula biləcək sorğu kağızını təqdim etməlidir. Peyvəndlənmək üçün elektron növbə sistemi tətbiq olunmur. Bütün peyvənd olunan vətəndaşlar barədə məlumat milli elektron qeydiyyat portalına yerləşdirilir. Mərkəzin sentyabr ayına kimi fəaliyyət göstərməsi gözlənilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər