Əlilliyin qiymətləndirilməsi yeni meyarlara əsasən həyata keçiriləcək
29.04.2021 18:18
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura üzvləri ilə görüş keçirilib.
 
Aztibb.az xəbər verir ki, görüşdə əlilliyin qiymətləndirilməsi, mövcud qanunvericilik bazası, əlilliyi olan şəxslərin reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər, bu sahədə nöqsan və çatışmazlıqlar müzakirə olunub.
 
Agentliyin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov bildirib ki, əlilliyin müəyyən olunması, bu sahədə şəffaflıq və sosial ədalət prinspilərinin təmin olunması məqsədi ilə mütəmadi araşdırmalar aparılır. Xüsusilə saxta əlillik faktlarının aşkarlanmasını və cəmiyyətdə bu cür hallara ictimai qınağın artırılmasının vacibliyi önə çəkilib.
 
Görüşdə Nazirlər Kabinetinə təqdim edilən “Əlilliyin müəyyən olunması meyarları” layihəsindən də söz açılıb. Bildirilib ki, yeni meyarlarda əlilliyin qiymətləndirilməsi zamanı insanın 7 əsas həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşması nəzərə alınacaq.
 
İctimai şuranın sədri Elşad Məmmədov isə birgə əməkdaşlıq çərçivəsində əlilliyin müəyyən olunması, saxta əlillik faktlarının aşkarlanması istiqamətində neqativ halları araşdırmaq və birgə mübarizə aparmağın əhəmiyyətindən danışıb.
 
İctimai şuranın sədr müavini Umud Mirzəyev və digər çıxışçılar müzakirələr zamanı Vətən müharibəsində hərbi əməliyyatlar zamanı aşağı və yuxarı ətrafları amputasiya olunan qazilərin yüksək texnologiyalı protezlərlə təmin olunması, ümumilikdə bu istiqamətdə görülən işləri yüksək qiymətləndiriblər.
 
İctimai Şura üzvləri əlilliyin müasir qiymətləndirmə mexanizmləri, monitorinq hədəflərinin dəqiq müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı təklif və tövsiyələrini səsləndiriblər.
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda doktoranturaya qəbul üzrə imtahan keçirilib