Azərbaycanda ÜST-nin MOSAIC alətinin təqdimatı: Psixi sağlamlıqla bağlı stiqmanın azaldılması istiqamətində əməkdaşlığa əsaslanan yanaşma
22.09.2026 10:03
ÜST-nin Avropa Regional Ofisi və ÜST-nin Azərbaycan Ölkə Ofisi tərəfindən MOSAIC alətinin Azərbaycanda tətbiqinə həsr olunmuş milli tərəfdaşlarla seminar keçirilib.
ÜST-nin Azərbaycan Ofisindən Aztibb.az-a bildirilib ki, sminar ÜST-nin Avropa üzrə Regional Ofisinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə sistemlərinin dayanıqlılığının dəstəklənməsi” təşəbbüsü çərçivəsində təşkil olunub.
Seminarda Azərbaycanın müxtəlif bölgələrindən 50-dən çox iştirakçı bir araya gəlib. İştirakçılar arasında Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və TƏBİB-in nümayəndələri, psixi sağlamlıq sahəsində çalışan mütəxəssislər, psixoloqlar, psixiatrlar, sosial xidmət mütəxəssisləri, vətəndaş cəmiyyəti nümayəndələri və psixi sağlamlıqla baqlı stiqma üzrə yaşanmış təcrübəsi olan şəxslər iştirak edib.
Seminar çərçivəsində Azərbaycanda psixi sağlamlıqla bağlı stiqmanın müxtəlif təzahürləri müzakirə edilib, ÜST-nin MOSAIC aləti, onun əsas prinsipləri və tətbiq imkanları təqdim olunub.
Tədbir çərçivəsində, həmçinin stiqmanın azaldılmasında sosial təmas yanaşması və praktiki strategiyalar nəzərdən keçirilib, antistiqma müdaxilələrinin effektivliyinə təsir edən əsas amillər müzakirə olunub, yaşanmış təcrübəsi olan şəxslərin gələcək fəaliyyətlərin hazırlanması və həyata keçirilməsində mənalı iştirakının əhəmiyyəti vurğulanıb. Bundan başqa, Azərbaycanda növbəti mərhələdə həyata keçirilə biləcək prioritet istiqamətlər və praktiki müdaxilələr müəyyənləşdirilib.
Seminar yerli konteksti anlamaq və prioritetləri müəyyənləşdirməkdən birgə dizayn mərhələsinə keçid üçün mühüm başlanğıc oldu. Növbəti mərhələdə məqsəd Azərbaycanda pilot üçün praktik müdaxilənin birgə hazırlanmasıdır.
Yaşanmış təcrübəsi olan şəxslərin, müxtəlif sektorların və peşəkarların bir araya gətirilməsi Azərbaycanda daha inklüziv, insanmərkəzli və kontekstə uyğun psixi sağlamlıq yanaşmalarının formalaşdırılması üçün mühüm addımdır.
Bu bölməyə aid digər xəbərlər
Professor Gəray Gəraybəyli Beynəlxalq Təhsil Forumunda iştirak edib
08.10.2026 | 12:31
31 rezidentin hesabatı dinlənildi, klinik protokollara dair rəylər müzakirə olundu
07.10.2026 | 12:35
ATU alimləri Daşkənddə beynəlxalq kardiologiya tədbirlərində çıxış ediblər
06.10.2026 | 14:16
Pediatrik bioetikanın ölkəmizdə inkişaf yolu və müasir çağırışları təqdim edilib
05.10.2026 | 14:27
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Elmi Şuranın növbəti iclası
03.10.2026 | 17:42
İctimai səhiyyənin inkişafında milli pediatriya məktəbinin rolu vurğulanıb
02.10.2026 | 09:19
"Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib
01.10.2026 | 21:51
ATU nümayəndələri Daşkənddə neyrogenetikanın gələcəyini müzakirə edən beynəlxalq konfransda
28.09.2026 | 11:35
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
27.09.2026 | 17:06
Kimya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
25.09.2026 | 17:21
ÇOX OXUNANLAR
LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb
30.09.2026 | 15:57
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
06.10.2026 | 13:49
"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Aynurə Əliyeva
01.10.2026 | 16:44
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
29.09.2026 | 14:41
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
05.10.2026 | 11:31
Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib
01.10.2026 | 15:26
Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub
29.09.2026 | 10:12
ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib
30.09.2026 | 09:06
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
29.09.2026 | 09:24
“Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
01.10.2026 | 11:49
Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
03.10.2026 | 09:16
Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”
02.10.2026 | 12:07
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
29.09.2026 | 14:12
Oromandibulyar distoniya nədir?
03.10.2026 | 15:49
Diabet və böyrəklər: səssiz təhlükə
02.10.2026 | 11:23

