Beynəlxalq elmi konfrans: “Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar”
21.09.2026 11:00

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Florence Nightingale Xəstəxanalar Qrupunun və Britaniya-Azərbaycan Həkimləri və Stomatoloqları Assosiasiyasının dəstəyi ilə “Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından xəbər verilib.

 

Bildirilib ki, tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov ana və uşaq sağlamlığının dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə mühüm tədbirlərin həyata keçirildiyini, müasir tibbi infrastrukturun formalaşdırılması və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlərin görüldüyünü bildirib.

 

İdarə rəisi Ceyhun Məmmədov Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə ana və uşaq sağlamlığının qorunması, uşaqların sağlamlığının və rifahının təmin edilməsi istiqamətində həyata keçirilən layihələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Ceyhun Məmmədov bildirib ki, Azərbaycan, Türkiyə və Böyük Britaniyanın aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən konfrans beynəlxalq təcrübənin, müasir tibbi yanaşmaların və müxtəlif klinik məktəblərin təcrübəsinin bölüşülməsi üçün mühüm platformadır.

 

Çıxışı zamanı C.Məmmədov Mərkəzi Gömrük Hospitalında Azərbaycanda ilk dəfə Menopauza Mərkəzinin yaradılacağını diqqətə çatdıraraq, mərkəzin qadınların menopauza dövründə sağlamlığının qorunması, bu mərhələdə yaranan problemlərin vaxtında müəyyənləşdirilməsi və müasir tibbi yanaşmalar əsasında müvafiq xidmətlərin göstərilməsi istiqamətində fəaliyyət göstərəcəyini bildirib.

 

Daha sonra konfransın rəsmi açılış hissəsində Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və TƏBİB-in İcraçı direktorunun müşaviri Töhfə Cəmilova çıxış ediblər. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov konseptual məruzə ilə çıxış edib.

 

Rəsmi qonaqlar çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə səhiyyə sisteminin davamlı inkişafı, müasir tibbi infrastrukturun yaradılması və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin mühüm nəticələr verdiyini bildiriblər. Həmçinin, çıxışlarda ölkəmizdə ana və uşaq sağlamlığının qorunması, uşaqların sağlam böyüməsi və rifahının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açaraq, bu sahədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə reallaşdırılan layihələrin mühüm əhəmiyyət daşıdığı qeyd edilib.

 

Pediatriya sahəsində “Neonatologiyada multidissiplinar yanaşma: prenatal diaqnostika, erkən aşkarlanma və müasir müalicə” mövzusunda I panel Ankaranın Yıldırım Beyazit Universitetinin neonatoloqu, prof. Dr. Ahmet Yağmur Baş və İstanbul Florence Nightingale Xəstəxanasının Uşaq Sağlamlığı və Xəstəlikləri şöbəsinin neonatoloqu, prof. Dr. Selma Aktaşın moderatorluğu ilə keçirilib.

 

"Pediatriyada multidissiplinar yanaşma: erkən diaqnostika, xəbərdaredici əlamətlər və kritik qərarlar” mövzusunda II panel Respublika Pediatriya Mərkəzinin direktoru Uzm. Dr. Erkin Rəhimovun və Mərkəzi Gömrük Hospitalının rəis müavini Dr. Nahidə Mahmudovanın moderatorluğu ilə keçirilib.

 

“Pediatriyada multidissiplinar yanaşma: diaqnostika, xəbərdaredici əlamətlər və kritik qərarlar” mövzusunda növbəti panel Azərbaycan Tibb Universitetinin Uşaq Xəstəlikləri kafedrasının müdiri Rauf Bəylərov və Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Bayramovanın moderatorluğu ilə keçirilib.

 

Mama-ginekologiya sahəsində “Müasir mamalıqda yeniliklər” mövzusunda I panel Azərbaycan Tibb Universitetinin II Mamalıq və ginekologiya kafedrasının müdiri, t.e.d., Əməkdar elm xadimi, prof. Hicran Bağırovanın və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq-ginekologiya kafedrasının müdiri, t.e.d., prof. Leyla Rzaquliyevanın moderatorluğu ilə keçirilib.

 

“Müasir ginekologiyada yeniliklər” mövzusunda panel Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Xəstəxanasının mama-ginekoloqu, t.ü.f.d. Dr. Fidan İsrafil-Bəyli və Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasının professoru, t.e.d. Səadət Sultanovanın moderatorluğu ilə keçirilib.

 

"Video klinik hal təqdimatı” mövzusunda III panel İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Mamalıq və ginekologiya departamentinin müdiri, t.e.d., prof. İslam Mahalovun və Mərkəzi Gömrük Hospitalının Mamalıq-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d. Təranə Bayramovanın moderatorluğu ilə keçirilib.

 

Konfrans çərçivəsində ana və uşaq sağlamlığının qorunması, müasir diaqnostika və müalicə üsulları, erkən aşkarlama, prenatal diaqnostika və multidissiplinar yanaşmalarla bağlı aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb. Sessiyalar zamanı mütəxəssislər tərəfindən klinik təcrübələr və elmi yanaşmalar təqdim olunub, mövzular üzrə fikir mübadiləsi keçirilib və iştirakçıların sualları cavablandırılıb.

 

Beynəlxalq konfrans müasir tibbi yanaşmaların və beynəlxalq təcrübənin paylaşılması, müxtəlif ixtisaslar üzrə mütəxəssislər arasında elmi-praktik əməkdaşlığın genişləndirilməsi, eləcə də ana və uşaq sağlamlığı sahəsində aktual məsələlərin birgə müzakirəsi baxımından mühüm platforma olub.

 

Qeyd edək ki, “Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları”na əsasən akkreditasiya olunaraq 8 DTT balı ilə qiymətləndirilib. Həmçinin, 18 sentyabr 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalında Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri, Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının mama-ginekoloqu Fidan İsrafil-Bəyli və Böyük Britaniyanın Mamalıq, Ginekologiya və Fetal Təbabət üzrə professoru Mark Kilbinin iştirakı ilə “Fetal təbabət üzrə master-klass” mövzusunda keçirilmiş tədbir isə 4 DTT balı ilə qiymətləndirilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb