Kardiologiyada innovativ texnologiyalar: Azərbaycan nümayəndə heyəti Almaniyada  
01.09.2026 11:40
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova rəhbərliyində nümayəndə heyəti Almaniyada kardiologiya və tibbi texnologiyalar sahəsində aparıcı yeniliklərlə tanış olub.

Aztibb.az xəbər verir ki, səfər çərçivəsində Siemens Healthineers-in Forchheim şəhərində yerləşən innovasiya və istehsal mərkəzində müasir KT və MRT texnologiyaları, süni intellekt əsaslı görüntüləmə imkanları, həmçinin yeni nəsil foton sayğaclı sensor texnologiyaları təqdim edilib.

Nümayəndə heyəti Erlangen Universitet Klinikasında kardiologiya, angioqrafiya, radiologiya və müasir görüntüləmə sistemləri ilə də tanış olub.

Səfərin əsas istiqamətlərindən biri müasir tibbi texnologiyaların Azərbaycanda kardiologiyanın inkişafına tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi olub. Münhen şəhərində keçirilən görüşlərdə Siemens Healthineers rəhbərliyi ilə müasir kardiologiyanın gələcəyi, innovativ texnologiyalar və ürək-damar xəstəliklərinin erkən aşkarlanması imkanları müzakirə edilib.

Professor Gülnaz Dadaşova qeyd edib ki, bu cür beynəlxalq təcrübə mübadiləsi Azərbaycanda kardioloji xidmətlərin daha da inkişaf etdirilməsi və ən müasir texnologiyaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır