Milli Onkologiya Mərkəzində uşaq onkologiyasına həsr olunmuş elmi seminar keçirilib
22.09.2026 16:44

 

Milli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Vilms şişinin patologiyası və klinik müalicəsində müasir yanaşmalar: SIOP-RTSG təcrübəsi” mövzusunda elmi seminar keçirilib.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, Milli Onkologiya Mərkəzində təşkil olunan seminardan əvvəl xarici qonaqlar Mərkəzin Baş direktoru akademik Cəmil Əliyevlə görüşüblər. Görüş zamanı akademik Cəmil Əliyev qonaqlara Mərkəzin fəaliyyəti, burada tətbiq edilən müasir diaqnostika və müalicə üsulları haqqında ətraflı məlumat verib. Xarici qonaqlar Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olublar.

 

Seminarda uşaqlarda böyrək şişlərinin, xüsusilə Vilms şişinin diaqnostikası, patologiyası və klinik müalicəsində beynəlxalq SIOP-RTSG təcrübəsinə əsaslanan müasir metodlar geniş müzakirə edilib, təcrübə mübadiləsi aparılıb.

 

Tədbirdə tanınmış yerli və xarici mütəxəssislər – Almaniyadan professor Norbert Graf “Birtərəfli netroblastomada yeni yanaşmalar” və professor Kristian Vokul “Uşaqlarda non-Vilms şişlər”, Azərbaycandan həkim Reyman İsmayılzadə “Azərbaycanda nefroblastomanın müalicəsində təcrübəmiz”, Norveçdən həkim Ellen D'Hooghe “Vilms şişinin diaqnostik qiymətləndirilməsi və mərhələləndirilməsi”, Qətərdən professor Qordan Vuyaniç “SİOP-RTSG Umbrella tədqiqatında patoloqun rolu” mövzularında məruzələrlə çıxış ediblər.

 

Seminarda yeni tibbi innovasiyalar, xəstəliklərin diaqnostikası və müalicəsi ilə bağlı elmi diskussiyalar aparılıb.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə