Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun gənc tədqiqatçıları Hərbi Qənimətlər Parkını ziyarət ediblər
26.04.2021 09:28

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc alim və mütəxəssislər şurasının üzvləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər. Gənc tədqiqatçılar  44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşməndən əldə etdiyimiz hərbi qənimətlərlə yaxından tanış olublar.

 

Bu barədə Aztibb.az-a şuranın sədri Nərgiz Bayramova məlumat verib. Şura sədri Parkın  gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynadığını  vurğulayıb. Nərgiz Bayramova bildirib ki, İkinci Qarabağ müharibəsinin real nəticələri ilə daha yaxından tanış olmaq imkanı verən bu Parkda düşmənin illərdir müxtəlif vasitələrlə əldə etdiyi və gizlətdiyi hərbi texnikalarını canlı olaraq izləmək çox qürurvericidir.

 

Qeyd edək ki, Parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?