Son 100 ildə 6 dəfə baş verən MÖCÜZƏ - Hamilə qadın yenidən hamilə qaldı   
20.04.2021 18:19

Böyük Britaniyada "superfetasiya" hadisəsi baş verib.

 

Aztibb.az xəbər verir ki, Rebecca Roberts adlı qadının ultrasəs müayinəsində tək döllü yeddi həftəlik hamilə olduğu məlum olub. Lakin 12 həftəlik yəni üç aylıq ultrasəs müayinəsində daha bir döl olduğu müəyyən olunub.

 

Bildirilib ki, Robertsdə ilk yumurtanın döllənməsindən sonra, yenidən başqa bir yumurta döllənib. Fərqli dövrlərdə meydana gələn iki embrion də uşaqlığa yerləşib.

 

Hər iki körpənin inkişaf normal gedib. Keçən ilin sentyabr ayında qeysəriyyə yolu ilə dünyaya gələn əkizlər biri 2 kilodan çox, digəri isə 1 kilo 100 qram olub. 2 kilodan çox dünyaya gələn körpə 3 həftə, digəri isə 95 gün reanimasiyada qalıb.

 

Artıq yeddi aylıq olan körpələrin sağlamlıqlarında heç bir problem olmadığı qeyd edilib.

 

"Superfetasiya" olaraq bilinən bu tibbi hadisədə, iki həftədən bir aya qədər olan hamiləliklərdə yenidən hamilə qalmaq mümkündür. Başqa bir yumurta sperma ilə döllənir və bətində birincisindən bir neçə gün və ya həftə sonra implantasiya olur. Superfetasiyadan doğulmuş körpələr, eyni gündə eyni doğuş zamanı dünyaya gələ bildikləri üçün çox vaxt əkiz sayılırlar.

 

İnsanlarda son dərəcə nadir görülən bu hadisə son 100 ildə cəmi 6 dəfə baş verib.

 

Ginekologiya professoru Simon Fishel, "Bu olmamalıdır, ancaq İlk hadisə belə bir hadisə1865-ci ildə baş verib. O vaxtdan sonra bu cür hadisələrə bəzən rast gəlinir" - deyə qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev