İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vakansiya elan edir - Çağrı mərkəzinə
19.04.2021 15:44

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzinə vakant vəzifənin tutulması üçün müsabiqə elan edilir.

 

Aztibb.az xəbər verir ki, vəzifə öhdəliklərində aşağıdakı məlumatlar yer alıb:

 

Çağrı mərkəzi əməkdaşlarının faydalı iş əmsalını artırmaq üçün iş yükünün proqnozlaşdırılması və hədəflərin müəyyənləşdirilməsi;

 

Çağrı mərkəzinin qrupları arasında işçi qüvvəsinin bölgüsünun aparılması;

 

Təmsilçilərin (operatorların) zəng planına nəzarət edilməsi;

 

Zənglərin idarə olunması və digər əməliyyatlara nəzarət edilməsi və onların inkişaf etdirilməsi;

 

Əsas fəaliyyət göstəricilərinin tətbiq və təhlil edilməsi, o cümlədən fəaliyyətin və təmsilçilərin (operatorların) monitorinqinin həyata keçirilməsi;

 

Statistik məlumatların toplanması, təhlil edilməsi və dövri hesabatların hazırlanması;

 

Operativ və yüksək xidmət standartlarının təmin edilməsi məqsədilə əməkdaşların daxili təliminin təşkil edilməsi;

 

Xidməti zərurətlə əlaqədar Agentliyin çağrı mərkəzinin dövlət qurumlarının çağrı mərkəzləri ilə əlaqələndirilməsi;

 

Agentliyin çağrı mərkəzində xidmətin daha səmərəli təşkili istiqamətində digər zəruri funksiyaların həyata keçirilməsi;

 

Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

 

Vəzifə üçün tələblər:

 

Ali təhsil;

 

CRM tipli sistemlərlə minimum 2 il iş təcrübəsi;

 

Qurumlar və vətəndaşlar ilə peşəkar ünsiyyət qabiliyyəti;

 

Problemləri həll etmək, analitik düşünmə bacarığı;

 

Dinamik və yeniliklərə açıq;

 

Məsuliyyətli, peşəkar, tələbkar, təşəbbüskar olmaq, əməkdaşlar qarşısında vəzifələri düzgün qoymaq bacarığı və qərar qəbul etmək qabiliyyəti;

 

Operativlik və gərgin iş rejimində işləmə bacarığı;

 

Dövlət qurumlarının çağrı mərkəzində iş təcrübəsi üstünlükdür;

 

Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili arzuolunandır);

 

MS Office, çağrı mərkəzi avadanlıqları və proqramlarında sərbəst işləmək bacarığı;

 

Çağrı mərkəzində müvafiq sahədə minimum 3 il iş təcrübəsi.

 

Bu vakansiyanın 19 may tarixinə qədər qüvvədə olacağı qeyd edilib.

 

Müraciət etmək istəyən şəxslər CV-lərini 19 may 2021-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.

 

Qeyd edək ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

ÇOX OXUNANLAR
 Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub
Biləsuvar RMX-nın terapevti Bayraməli Bayramov vəfat edib
 Qida ilə təmasda olan mütəxəssislər üçün gigiyena təlimi
 Qusarda qanvermə aksiyası:
 Sumqayıtda İmmunizasiya Həftəsi çərçivəsində 1263 uşaq peyvənd olunub   
ATU-da ATUREK 14 - “Yüksəlişə Doğru” adlı rezident və magistrantların elmi-praktik konfransı keçirilib
Bağırsaq “tənbəlliyi” nədir?
 Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat   
 Şagirdlərə reproduktiv sağlamlığın qorunması ilə bağlı ətraflı məlumat verilib   
Uşaq cərrahından xəbərdarlıq: Kriptorxizm vaxtında aşkarlanmasa, sonsuzluq riski artır
AQTİ “Vahid Sağlamlıq” mentorluq proqramına start verir
 “Sağlamlıq və Texnologiyanın Zirvəsi” adlı beynəlxalq konfrans Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya edilib   
50 gün süni tənəffüs aparatında respirator dəstək görən körpənin vəziyyəti stabilləşib
“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda maarifləndirici görüş olub
Neftçalada könüllü qanvermə aksiyası keçirilib