50 gün süni tənəffüs aparatında respirator dəstək görən körpənin vəziyyəti stabilləşib
02.05.2026 11:06
Vaxtından əvvəl, 1000 qram çəkidə doğulan körpə özəl tibb müəssisəsində süni tənəffüs aparatına qoşulub və reanimasiya şöbəsində müalicə alıb. Körpə həmin xəstəxanada təxminən 25 gün ərzində tənəffüs dəstəyində qalıb. Aparılan müayinələr zamanı uşağın baş beynində mədəcikdaxili 3-cü dərəcəli qansızma aşkar edilib. Sonrakı müşahidələrdə bu qansızmanın sorulduğu qeyd olunub.
 
Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan məlumat verilib.
 
Bildirilib ki, daha sonra baş beynində hidrosefaliya qeydə alınıb. Uşaq 25 gündən sonra süni tənəffüs aparatdan ayrılaraq evə buraxılsa da, 1–2 saat sonra vəziyyəti kəskin pisləşib, tənəffüs çatışmazlığı yaranıb və Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib.
 
Körpə dərhal Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib və yenidən süni tənəffüs aparatına qoşulub 50 gün respirator dəstək davam edib. Bu dövr ərzində vəziyyəti qeyri-stabil olaraq qalıb və aparatdan ayrılması çətin olub. Həkim reanimatoloq Rəna Məmmədova tərəfindən aparılan intensiv müalicə və daimi nəzarət nəticəsində körpənin vəziyyətində müsbət dinamika müşahidə olunub, çəkisi tədricən artaraq hazırda 3110 qrama çatıb. Vəziyyəti stabilləşdikdən sonra Vaxtından əvvəl doğulmuşların patologiyası şöbəsinə yerləşdirilib. Ümumilikdə, körpə 2 aya yaxın müddətdə stasionar şəraitdə müalicə alıb.
 
Valideynlər göstərilən diqqət, qayğı və peşəkarlığa görə institutun direktoruna, Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsinin həkimlərinə və bütün tibb heyətinə dərin minnətdarlıqlarını bildiriblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır