“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda maarifləndirici görüş olub
02.05.2026 16:26
Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir.
 
Aztibb.az-ın xəbərinə görə, növbəti tədbir Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda keçirilib.
Maarifləndirici görüşün məqsədi gənclərin ailə həyatına hazırlanması, təhlükəsiz reproduktiv davranışların təşviqi, sağlam uşaqların dünyaya gəlməsi və ailə planlaşdırılması ilə bağlı biliklərin artırılması olub.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov çıxış edərək, gənclərə demoqrafik təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlərdən söz açıb.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Teymur Ağazadə sağlam nəslin yetişdirilməsi və ailələrin sağlamlığının qorunması barədə tələbələrə ətraflı məlumat verib.
 
Görüş interaktiv formatda davam edib, tələbələrin sualları cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır