Bu simptom bir neçə gün davam etdikdə ölümə səbəb ola bilər! - Sidik yolu infeksiyaları barədə VEBİNAR
15.04.2021 13:55

"Körpə uşaqlardan sidik analizi götürülməsi xüsusi paketlər vasitəsilə həyata keçirilir. Körpədən paket vasitəsilə götürülən sidik analizi steril qaba boşaldılır. Əgər uşaq yarım saat ərzində sidik verməzsə, paket mütləq dəyişdirilməlidir. Uşaq ilk olaraq sulu tampon, daha sonra quru tamponla silinir və yeni paket açılır, yapışdırılır".

 

Aztibb.az xəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin Baş tibb bacısı Zərgül Qasımova "Sidik yollarının infeksiyaları, sidik kateterinə qulluq, infeksiyalaşmış kateterlər. Sidik analizinin toplanması" və "Sutkalıq sidiyin toplanması, balansın hesablanması" mövzularında keçirilən vebinar zamanı deyib.


Talassemiya Mərkəzinin tibb bacısı Əfsanə Mehdiyeva sidik ifrazının pozulmasından və bu xəstəliklərin hətta ölümə səbəb olmasından danışıb:

 

"Gün ərzində yetkin xəstələrin sidik çıxışı 800-2000 ml-dir. Bu yaş ətraf mühitin temperaturu, rütubət, qidalanma şərtləri, fiziki fəaliyyət və digər amillərdən asılı olaraq dəyişir. Bədəndə olan mayenin 20-25%-i tər, nəfəs və nəcislə xaric olur.

 

Sidiyin gündəlik miqdarının 500 ml-dən az olması oliquriya, 50 ml-dən az olması anuriya adlanır. Anuriya bir neçə gün davam edərsə, ölümə səbəb olur. Müəyyən miqdar ifraz olunan sidiyin miqdarına diurez deyilir. Gündəlik diurez 2 litrdən çox olduqda isə poliuriya adlanır. Böyrək mənşəli poliuriya sidiyin nisbi sıxlığının azalması ilə gedir və çox ağır böyrək xəstəliklərində müşahidə edilir. Qeyri-böyrək mənşəli poliuriya çox miqdarda maye qəbul edildiyi zaman baş verir".

 

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin tibb bacısı Rəna Əliyeva sidik yolu infeksiyaları barədə məlumat verib.

 

"Sidik yolu infeksiyası ümumiyyətlə sidik yolundan sidik kisəsinə qədər çatan koli bakteriyaların səbəb olduğu infeksiyadır.


Tez-tez sidiyə çıxmaq istəyi, göbək altında ağrılar, bulanıq və ya qanlı sidik bu infeksiyaların əsas əlamətləridir. Sidik yolu infeksiyaları səhv və ya gec müalicə olunduqda böyrəklərə, hamilələrdə isə hamiləlik kisəsinə zərər verə bilər. Qızdırma, mədə bulanması, qusma, kürəyin bir tərəfində, qabırğaların alt hissəsində ağrı, diabet, böyrək narahatlığı, immun sistem zəifliyi olan 65 yaşdan yuxarı şəxslər və hamilələr, həmçinin bu simptomlar müşahidə edilən şəxslər həkimə müraciət etməlidir".

 

R.Əliyeva qeyd edib ki, xroniki hala keçən infeksiya sidik kisəsində dəyişikliklərə səbəb olur.

 

"Bu problem sidik kisəsi xərçənginin yaranması üçün uyğun şərait yaradır. Xüsusilə gənc yetkin qızlar, qadınlar, yeni doğulan körpələr, şəkər xəstələri risk qrupundadırlar".

 

Baş tibb bacısı Zərgül Qasımova məruzədə çıxış edən tibb bacılarının fikirlərini ümumiləşdirərək kateterlərin qoyulmasından da danışıb. O, qeyd edib ki, həkim nəzarəti olmadan heç kimə kateter qoyulmur.


Kateter xəstəyə infeksiyanın ötürülməsinə səbəb ola bilmə ehtimalına görə, yalnız həkim göstərişi və həyati vacib göstərişlər olduqda qoyulur".

 

"Sidik torbasında yığılan sidikdən analiz üçün nümunə götürülə bilinməz. Adətən sidik toplanan şöbədə sanitar qadınlar boşaldır. Onlar torbada toplanan mayenin miqdarı barədə tibb bacısına mütləq məlumat verməli və tibb bacısı qeyd etməlidir. Və bütün bu proses tibb bacısının nəzarəti altında getməlidir. Əsas şərtlər - torba yerə sürtünməməli, torbanın girişi (ağzı) yerə dəyməməlidir. Ümumiyyətlə, sidik kateterizasiyası qapalı bir sistemdir. Əgər torbanın baş hissəsi kateterdən ayrılırsa, mütləq bu atılmalı, yenisi ilə əvəzlənməlidir", - deyə həkim bildirib.

 

Baş tibb bacısı maye balansının besablanması barədə də məlumat verib:

 

"Maye balansını hesablamaq üçün həm parentiral, həm oral yolla qəbul etdiyi bütün mayelər (sup, meyvə şirəsi, dərman maddəsi və sair daxil olmaqla) toplanılır və gün ərzində çıxartdığı mayenin miqdarı hesablanır. Sonradan mənfi və ya müsbət balansı çıxarılır. Əgər qəbul edilən maye çox, ifraz edilən az olarsa, balans müsbət, əks olarsa, balans mənfi sayılır. Çox mənfi balansın olmağı hər hansı xəstəliyin nəticəsi ola bilər. Çünki xəstə maye itirir.

 

Balansın müsbət olması da ödemlərin əmələ gəlməsinə səbəb olur. Buna görə də xəstənin balansını nəzarətdə saxlamaq lazımdır".

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
 Sumqayıt Tibb Mərkəzini seçən həkimlərin sayı artır   
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Dünya liderlərini bir araya gətirən