Səhiyyə işçiləri və QHT nümayəndələri üçün "Resurs modullar üzrə” təlim sessiyaları keçirilib
13.04.2021 10:43

"Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi" İctimai Birliyi UNICEF-in Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda həssas vəziyyətdə olan uşaqlar üçün icma və ailə əsaslı inteqrasiyalı sosial yardımın inkişafı” proqramı çərçivəsində “Ağcabədidə erkən uşaqlıq dövrünün inkişafı üçün ev ziyarəti proqramının təşkili” pilot layihəsini həyata keçirir.

 

İctimai Birlikdən bildirilib ki, layihənin məqsədi ev ziyarəti xidmətlərini təkmilləşdirməklə ailənin rifahını yaxşılaşdırmaq və uşaqların ailədə yaşamasını təmin etməkdir. Layihənin yerli tərəfdaşları Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB-dir.

 

Ev ziyarəti xidmətlərinin gücləndirilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF tərəfindən hazırlanan Universal və Mütərəqqi Ev Ziyarətləri Modeli üzrə təlim paketinə əsasən Ağcabədi rayonunda 30 səhiyyə işçisi və qeyri-hökumət təşkilatları nümayəndələrinə təlimlər keçirilib. Təlim sessiyaları erkən uşaqlıq dövrü inkişaf sahəsində uzun müddət təcrübəyə malik təlimçi həkim və sosial işçilər tərəfindən təqdim edilib.

 

Təlimin ilk günündə BMT-nin Uşaq Fondunun nümayəndəsi Töhfə Cəmilova ev ziyarətçilərinin (patronaj tibb bacılarının) yeni rolu və əhəmiyyəti, eləcə də COVID-19 pandemiyası dövründə ev ziyarətlərinin təşkili və onun riskləri barədə iştirakçılarla vacib məlumatları paylaşıb. Təlim zamanı iştirakçılara ana südünün əhəmiyyəti, əlavə qidadan istifadə qaydaları, həmçinin erkən uşaqlıq dövrünün uşağın gələcək həyatında rolu, ataların uşaq inkişafı prosesində iştirakının əhəmiyyəti, uşağın inkişafı üçün vacib, həmçinin onun inkişafına mənfi təsir göstərə biləcək amillər və fərqli inkişaf edən uşaqlara aid mövzular təqdim olunub.

 

Təlimlərin sonuncu günü UNICEF-in əməkdaşı Yelena İsrafilova tərəfindən iştirakçılara ev ziyarətləri zamanı sənədləşdirmə ilə bağlı təqdimat edilib.

 

Aprelin 12-dən təlim keçmiş patronaj tibb bacıları sahələr üzrə yaşayan hamilə qadınları və 0-3 yaşında uşaqların ailələrini ziyarətə başlayıb.

ÇOX OXUNANLAR
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
 Goranboy RMX-da könüllü qanvermə aksiyası keçirilib
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
Xroniki bel ağrılarında müasir fizioterapiya yanaşmaları
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
Beyləqan RMX-nın tabeliyindəki kənd həkim və kənd tibb məntəqələrinin işçiləri tərəfindən ev ziyarətləri davam etdirilir
 Günay Əhmədova Azərbaycan Radioloqlar Cəmiyyətinin IV Tədris Konfransında məruzə ilə çıxış edib   
Fast foodun bağırsağa təsiri
 Yüksək riskli hamiləlik uğurla sonlandırıldı   
 İsti havalarda günəşdən necə qorunmalıyıq?   
Travmatoloq-ortoped Müseyib Əhmədov ayaqqabı seçərkən diqqət edilməli əsas məqamları açıqlayıb