ATU-nun Rektoryanı Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
16.07.2026 13:27

Azərbaycan Tibb Universitetinin (ATU) Rektoryanı Şurasının növbəti iclası keçirilib. İclasda universitet rəhbərliyi, struktur bölmələrinin rəhbərləri, dekanlar və aidiyyəti məsul şəxslər iştirak ediblər.

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, iclasın gündəliyinə uyğun olaraq çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli toplantıda 2025/2026-cı tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının yekunlarının təhlili, eləcə də “Yay məktəbi”nin təşkili ilə bağlı məsələlərin müzakirə olunacağını diqqətə çatdırıb. 

Rektor əlavə edib ki, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, qiymətləndirmə mexanizmlərinin daha da təkmilləşdirilməsi və tələbəyönümlü mühitin inkişaf etdirilməsi universitetin əsas prioritet istiqamətlərindəndir.

İclasda ilk olaraq yay imtahan sessiyasının nəticələri müzakirəyə çıxarılıb. Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov sessiyanın yekunları barədə məlumat verərək təhsilalanların akademik göstəriciləri, imtahan prosesinin təşkili və əldə olunan nəticələr haqqında ətraflı təqdimatla çıxış edib.

Əcnəbi təhsilalanlarla iş üzrə dekan Natiq Bayramov da çıxış edərək xarici tələbələrin imtahan sessiyasındakı nəticələri, tədris prosesində iştirak səviyyəsi və bu istiqamətdə görülən işlər barədə məlumat verib.

İclasda “Yay məktəbi”nin təşkili ilə bağlı məsələlər də geniş müzakirə olunub. Bildirilib ki, “Yay məktəbi” tələbələrin akademik borclarının aradan qaldırılması, nəzəri biliklərinin möhkəmləndirilməsi, praktik bacarıqlarının inkişaf etdirilməsi və tədris prosesinin davamlılığı və fasiləsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, “Yay məktəbi”nin təşkili tələbələrin fərdi akademik ehtiyaclarının nəzərə alınması və onların akademik nailiyyətlərinin artırılması istiqamətində mühüm imkanlar yaradır.

Çıxışlardan sonra gündəlikdə yer alan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub.

İclasın sonunda rektor, professor Gəray Gəraybəyli universitet qarşısında duran prioritet vəzifələri diqqətə çatdıraraq, qarşıdakı dövrdə tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, idarəetmədə səmərəliliyin artırılması, universitetin strateji inkişaf hədəflərinin uğurla həyata keçirilməsi istiqamətində aidiyyəti struktur bölmələrə müvafiq tapşırıq və tövsiyələrini verib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır