Səhiyyə naziri İordaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
15.07.2026 13:13

Səhiyyə naziri Teymur Musayev İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharla görüşüb.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, görüşdə səhiyyə sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər tibbi xidmətlərin təşkili, rəqəmsal səhiyyə, tibb elmi, əczaçılıq və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

 

Teymur Musayev Azərbaycan ilə İordaniya arasında müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin mövcudluğunu vurğulayıb. Nazir səhiyyə sektorunda da qarşılıqlı təcrübə mübadiləsi, tibbi təhsil, səhiyyə mütəxəssislərinin hazırlanması və elmi-praktik əməkdaşlıq istiqamətlərində əlaqələrin inkişafı üçün əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib.

 

Ömər Bərəkət əl-Nahar Azərbaycan ilə İordaniya arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Səfir səhiyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili və birgə layihələrin həyata keçirilməsinin hər iki ölkə üçün faydalı olacağını bildirib.

 

Görüşün sonunda tərəflər Azərbaycan və İordaniya arasında səhiyyə sahəsində əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliklərini ifadə ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır