Azərbaycan və Rusiya arasında səhiyyə sahəsində əməkdaşlığn inkişaf perspektivləri müzakirə olunub
14.07.2026 10:11

Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla anıb. Səfər çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Görüşdə Azərbaycan və Rusiya arasında səhiyyə sahəsində mövcud əməkdaşlıq əlaqələri və onların inkişaf perspektivləri müzakirə olunub.

 

Nazir Teymur Musayev iki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın həyata keçirildiyini qeyd edərək, səhiyyə sahəsində də qarşılıqlı əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb. O bildirib ki, tibb təhsili, tibbi kadrların hazırlanması, ixtisasartırma proqramları, elmi-tədqiqat fəaliyyəti, rəqəmsal səhiyyə, ictimai səhiyyə və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur.

 

Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko ölkələr arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafına böyük önəm verdiklərini bildirib. O qeyd edib ki, təcrübə mübadiləsi, birgə elmi-praktik layihələrin həyata keçirilməsi və mütəxəssislər arasında əməkdaşlıq hər iki ölkənin səhiyyə sisteminin inkişafına mühüm töhfə verəcək.

 

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

 

Sonda nazirlər səhiyyə sahəsində əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır