“Nəsillərarası dialoq: stereotipləri qırırıq, ünsiyyət körpüləri qururuq” mövzusunda interaktiv görüş təşkil olunub  
16.07.2026 10:25
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə “LİBRAFF” kitab mağazasında “Nəsillərarası dialoq: stereotipləri qırırıq, ünsiyyət körpüləri qururuq” mövzusunda tədbir təşkil olunub.
 
Cəmiyyətdən Aztibb.az-a verilən məlumata görə, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), “Güvən” Dayə Xidməti, Azərbaycan Universiteti, 2 saylı Baza Tibb Kolleci, “LİBRAFF” mağazalar şəbəkəsi, Qadın İnkişaf Mərkəzi, “İRƏLİ” İctimai Birliyi və “Sağlamlığa Xidmət” İctimai Birliyinin birgə əməkdaşlığı ilə keçirilən tədbirin əsas məqsədi fərqli nəsillərin nümayəndələri arasında stereotipləri qırmaq, gənclərlə yaşlılar arasında xoş, səmimi və rahat ünsiyyət mühiti yaratmaq olub.
 
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və qayğı şöbəsinin mütəxəssisi Mətanət Qaraxanovanın moderatorluğu ilə keçirilən görüşdə 15 ahıl və 15 gənc olmaqla, ümumilikdə 30 iştirakçı bir araya gəlib. Tədbir çərçivəsində fərqli yaş qruplarından olan iştirakçıların öz həyat təcrübələrini və dünyagörüşlərini sərbəst şəkildə bölüşməsinə, eləcə də bir-birləri haqqında yeni məlumatlar əldə etməsinə şərait yaradılıb.
 
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Leyla Cəfərli, Təlim-resurs şöbəsinin müdiri Kamilla Kərimova, şöbə müdirinin müavini Pərvin Quliyeva, həmçinin əməkdaşlar Elnarə Nuriyeva və Elnarə İsmayılova tədbirdə iştirak ediblər.
 
Leyla Cəfərli çıxış edərək bildirib ki, yaşlı insanların həyat keyfiyyətini yüksəltmək üçün İSİM-in təşəbbüsü ilə həyata keçirilən “Sağlam yaşlanma” layihəsi çərçivəsində iki dəyirmi masa təşkil olunub, bu sahədə məlumatlılığın artırılması məqsədilə müxtəlif tədbirlərin təşkili nəzərdə tutulub.
 
Mövzu ətrafında səmərəli fikir mübadiləsi aparılıb, nəsillərarası əlaqələrin möhkəmləndirilməsi və sosial birliyin gücləndirilməsi istiqamətində belə görüşlərin əhəmiyyəti vurğulanıb.
Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır