"Artıq çəki sağlamlığımızı təhlükə altına qoyur" - Dietoloqla MÜSAHİBƏ
09.04.2021 19:15

Bir çox insanlar artıq çəkidən əziyyət çəkir. Artıq çəki görünüşə mənfi təsir etməklə yanaşı, sağlamlığımızı da böyük təhlükə altında qoyur.

 

Dietoloq-reabilitoloq Anna Belova müsahibəsində artıq çəkidən xilas olmağın yollarından danışıb.

 

Aztibb.az həmin müsahibəni təqdim edir:

 

- Arıqlamaq və sonra yenidən kökəlməmək üçün nə etməli?

 

-  Artıq çəki yalnız xarici görüntü deyil, həm də  sağlıq problemidir. Artıq çəki ömrü də qısaldır.

 

Bir qayda olaraq, insanlar dietaya başladıqda keyfiyyətli qidalardan az istifadə edir və bu da vitamin çatışmazlığını artırır, bədən qida tələb edir. Bu halın baş verməməsi üçün mütəxəssis məsləhəti ilə dietaya başlayın.

 

Mütəxəssis sizin hazırkı vəziyyətinizi anlamaq üçün hansı analizləri verməli olduğunuzu deyəcək və sağlamlığınızı qoruyacaq dieta cədvəlini təyin edəcək.

 

- Müntəzəm qidalanma xərçəngin inkişaf riskini azalda bilər?

 

- Alimlər xərçəng hüceyrələrinin asidli mühitdə inkişaf etdiyini və qələvi mühitdə isə öldüyünü sübut edib. Asidik pH ət, un və şirin qidalarla, qələvi isə meyvələr, tərəvəzlər, bitkilər və su ilə qəbul edilir. Bu məhsullardan istifadə etmək və turşuları azaltmaqla onkoloji xəstəliklərə tutulma riskini azalda bilərik.

 

- Prebiyotiklər və probiyotiklərin əhəmiyyəti. Onlara nə dərəcədə ehtiyac var və düzgün istifadə qaydası necədir?

 

Probiyotiklər, yalnız yaxşı həzm üçün deyil, immunitet, təmiz dəri və ümumi rifahın əsasını təşkil edən mikroflora üçün faydalı canlı bakteriyalardır.

 

Prebiyotiklər, əslində, probiyotiklərin həyati fəaliyyətinin əsasını təşkil edən bir qida substratıdır, bu ən faydalı bakteriyaların böyüməsini stimullaşdırırlar. Göyərti, alma, kəpək, sarımsaq, soğan, lobya, banan kimi qidalar prebiyotiklərə aiddir. Vəziyyəti normallaşdırmaq üçün, prebiyotikləri pəhrizə əlavə edərkən, aptekdən probiyotiklər də ala bilərsiniz.

 

- Maddələr mübadiləsinin pozğunluğundan əziyyət çəkən, yeni ana olan birinin çəkisi artaraq 110 kq olarsa, arıqlaması mümkündür? Bunun üçün nə etməlidir?

 

- Hormonal pozğunluq çox geniş bir anlayışdır. Maddələr mübadiləsinin pozulmasında çəki, iştah və metabolik xəstəliklərin artması müşahidə edilə bilər. Bu halda mütəxəssis-endokrinoloq müayinəsi mütləqdir. Sizə təyin edilən analiz nəticələrinə əsasən, yenidən normal çəkinizə qayıtmaq üçün pəhriz cədvəli veriləcək. Bununla yanaşı gəzinti, hərəkət etmək və vitaminli qidalar qəbul etmək mütləqdir.

ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Laçın RMX-da akademik Zərifə Əliyevaya həsr olunmuş oftalmoloji müayinələr təşkil olunub
 ATU-nun əməkdaşı Ege Universitetində akademik fəaliyyət göstərib   
Birinci Moskva Dövlət Tibb Universitetinin dosenti Bakı Sağlamlıq Mərkəzində olub
Yenidoğulmuş uşağı necə çimizdirmək lazımdır? - Pediatr Məhsəti Nəcəfova açıqladı
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası təşkil olunub
Qastrit və xora zamanı necə qidalanmalı?
 Respublika Neyrocərrahiyyə Xəstəxanasında təlim: “Tibbi tullantıların idarə edilməsi”
İnsult xəstələrinə evdə necə qulluq edilməlidir?
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
Şamaxıda minimal invaziv cərrahiyyəyə həsr olunan 12-ci regional konfrans keçirilib  
 Ümumdünya Sağlamlıq Günü çərçivəsində tədbir: “Sağlamlıq naminə birləşək. Elm ilə irəliləyək”   
Kollektiv immuniteti qorumaq üçün İmmunizasiya həftəsinə qoşulmaq vacibdir - Səhiyyə Nazirliyi