Valideyinlərin diqqətinə! - Uşaqları məcbur yedizdirmək hansı problemlərə yol aça bilər? - MÜSAHİBƏ
07.04.2021 16:17

Adətən, valideynlər uşağın qida ehtiyacını təyin edir. Ancaq nəzərə almaq lazımdır ki, uşaqların mədəsi böyüklər kimi geniş deyil. 

 

Bunu uşaqların qida rasionundan danışan həkim-pediatr Əmirxan Məmmədov Aztibb.az-a müsahibəsində deyib.

 

- Bəzən analar uşağa məcburi yemək yedizdirir. Bu, doğrudurmu?

 

- Xeyr, heç bir halda doğru deyil. Siz onu güclə yedizdirməklə iradəsini qıra bilərsiz. Bu onun psixologiyasına və fiziki halına pis təsir edir. Uşağın gələcəkdə qarşısına çıxacaq çətinliklərə müqavimət gücü zəifləyir. Eləcə də uşaqda artıq çəki problemləri yarana bilər. Əgər uşaq qalan yeməkdən imtina edirsə, onu yeməyə məcbur etməyin.

 

- Yeməkdən imtina səbəbləri nələrdir?

 

- Uşaqlar böyüklərdən (bədən çəkisi baxımından) daha çox gücə ehtiyac duyurlar, lakin daha az yeyirlər. Zəif iştahı olan çox sayda uşaq fiziki cəhətdən güclü və enerjili olur. Sakit həyat tərzinə meylli olan uşaqlar iştahsızlıqdan məhrumdurlar, onların enerji ehtiyatlarını mobil uşaq kimi tez-tez artırmağa ehtiyac yoxdur. Uşağın mədəsi böyüklər kimi geniş deyil, buna görə az qida ilə doyurlar. 

 

- Uşaqların müəyyən qidalardan imtina  etməsi təhlükəlidir?

 

- Bəzən imtina fərdi məhsullara (yumurta, ət, kəsmik və ya tərəvəz) aid olur. Azyaşlılar bəzən yeni qidanı sınamaqdan imtina edirlər.

 

Ümumiyyətlə müxtəlif vasitələrlə, oyunlar və ya hekayələrlə uşağın fikrini yayındıraraq məcburi qidalandırmağa çalışmaq düzgün deyil. 

 

- İştahsızlıq müalicə oluna bilirmi?

 

- İnsan iştahsızlıq problemi yaşayırsa, əvvəlcə bunun təməlində yatan problem təyin olunmalıdır. Bundan sonra o problemə əsasən lazımi müalicə üsulu tətbiq oluna bilər. 

 

Bununla yanaşı, iştahı artırmaq məqsədilə vitaminlər də qəbul edilə bilər. Gün ərzində yemək saatları arasındakı müddəti qısaldıb, tez-tez nizamlı bir bəslənmə sistemi tətbiq oluna bilər.

 

- Sağlam uşaqların iştahsız olmalarının səbəbləri nələrdir?

 

- Ana-atanın uşağın üstünə çox düşmələri;

 

- Yemək yemə qaydalarında çox sərtlik;

 

- Uşağı yemək yemə ilə bağlı hədələmək;

 

- Uşağı qusma həddinə qədər yedizdirmək;

 

- Özü yeyə biləcəyi yaşlarda da uşağı ananın yedizdirməsi;

 

- Uşağı sevmədiyi yeməkləri yeməyə məcbur etmə;

 

- Yemək yemədiyi və az yediyi zamanlar uşağa psixoloji şiddət göstərmək və ya fiziki cəza vermək;

 

- Uşağa müntəzəm olaraq başqa uşaqları nümunə göstərmək.

 

Bu və ya buna bənzər səbəblər uşağın yemək yeməyi rədd etməsinə səbəb olur. Unutmayın, yemək yeməkdən imtina və ya hədsiz çox yemə, uşağın xüsusilə ana ilə sağlam ünsiyyət və sevgi ehtiyaclarının ödənilməməsinin nəticəsi olur. Onlarla sağlam ünsiyyət qurmağa çalışın.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub