Yumşaq əl dərisinə sahib olmaq üçün - Mütəxəssisdən effektiv reseptlər
20.07.2020 10:02

Quru əllər lazımi qədər nəm qəbul etməzsə, elastikliyini sürətlə itirə bilər. İnsanın yaşını göstərən ilk bölgənin əllər olduğunu nəzərə alsaq, əl dərisinin xüsusi qulluğa ehtiyacı var. Əllərə qulluq zamanı təbii vasitələrdən istifadə edilməlidir. Sənaye üsullu ilə hazırlanmış nəmləndirici kremlərin tərkibi kimyəvi maddələrlə zəngindir, eləcə də bədən üçün allergendir.

 

Bu fikirləri Aztibb.az-a müsahibəsində xalq təbabəti üzrə mütəxəssis, fitoterapevt Fizuli Hüseynov deyib. O, yumşaq, çatlaqsız əl dərisinə sahib olmaq üçün effektiv reseptlər təqdim edib:

 

  1. Rafinə olunmamış zeytun yağını əllərə çəkmək əl dərisi üçün mükəmməl qidalandırıcıdır.
  2. 1 çay qaşığı rafinə olunmamış zeytun yağı və yarım çay qaşığı limon şirəsini qarışdırıb əllərə çəkə bilərsiniz.
  3. Alma sirkəsi ilə qliserini bir-birinə qarışdırıb əllərə və çatlamış dabana çəkərək masaj edə bilərsiniz. Həmçinin limon şirəsi ilə qliserin qarışımını əllərə çəkmək mümkündür.
  4. 1 çay qaşığı gülxətmi kökü, yarım stəkan qaynar suyu bir-birinə qarışdırıb 1 gün saxlayın və süzün. Alınan jeleni əllərə istifadə edin.
  5. Yarım stəkan süd, yarım çay qaşığı səhləb tozunu birlikdə 5 dəq qaynadın, 1 gün soyuducuda saxlayın, gündə 3 dəfə əllərinizə çəkin.
  6. Təbii inək südündən hazırlanmış 1 xörək qaşığı xama, 1 çay qaşığı limon şirəsi qarışımını gündə 2 dəfə əllərə çəkə bilərsiniz. 
  7. 1 stəkan rafinə olunmamış zeytun yağını 1 dolu xörək qaşığı xına ilə qarışdırın. İçərisinə spiçka qutusu ölçüsündə mum əlavə edib birlikdə 3 dəq qaynadın, oddan götürüb qarışdırıb soyuducuya qoyun. Hər axşam əllərə çəkərək üstünü əlcək və ya başqa vasitələrlə bağlayın, səhər açın.
  8. 1 xörək qaşığı bal və 1 xörək qaşığı alma sirkəsi qarışımı əl ayaq və üz üçün yumşaldıcı effektə malikdir.
  9. 1 xörək qaşığı soda, 1 stəkan alma sirkəsi, 1 litr su, 1 ovuc ölçüsündə buğda kəpəyi və arpa kəpəyini birlikdə 10 dəq qaynadın. Bu qarışımı soyuducuda saxlamaq lazımdır. Gündə 1 dəfə axşamlar əlləri bu suyun içində 15 dəq saxlayın və qurulayın. 
  10. Qoz yağı ilə hindistan cevizi yağını qarışdırıb hər axşam əllərə çəkə bilərsiniz.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub