Epileptik tutma zamanı bunları etmək olmaz - Nevroloq Leyla Şahbazova ilə MÜSAHİBƏ
13.03.2021 15:49

“Epilepsiya beynin neyronlarında ani anormal siqnal yollayışı, yəni boşalma nəticəsində ortaya çıxan siptomlardır”.

 

Bunu Aztibb.az-a müsahibəsində nevroloq Leyla Şahbazova  deyib.

 

Onun sözlərinə görə, epilepsiya zamanı ani qorxu hissi, həyacan ola bilər və eyni zamanda da şüur itkisi mümkündür.

 

- Ümumiyyətlə epilepsiya nədir? Müalicəsi necə aparılır?

 

- Epilepsiya beynin neyronlarında ani anormal siqnal yollayışı, yəni boşalma nəticəsində ortaya çıxan siptomlardır. Müalicəsi isə dərman terapiyası ilə aparılır. Dərman antikonvulsantlarla olur. Antikonvulsantlar kömək etmirsə, müalicə müddəti ərzində dərmanların mütəmadi qəbulu böyük rol oynayır. Bununla belə dərman müalicəsinə tabe olmayan xəstə qrupları da var. Bəzən epilepsiya tutmalarını dərmanlar nəzarət altına ala bilmir, o zaman əməliyyat tövsiyə olunur.

 

- Epilepsiya xəstəliyinin əlamətləri nələrdir?

 

- Epilepsiya əlamətləri dedikdə istəksiz, qeyri-iradi baş, əl-qol hərəkətləri, marçıldatma, əl və ayqda  uyuşma hissi, bədəndə dartılmalar, mədə bulantısı, sabit bir nöqtəyə donub baxmaq, xoşagəlməz dad və yaxud qoxu hiss etmək, ani qorxu hissi və həyacan, eyni zamanda da şüur itkisi mümkündür.

 

- Epileptik tutma zamanı ilk yardım necə göstərilir?

 

- Tutma zamanı insan yerə yıxılır. İlk növbədə ətrafında ona xətər yetirən əşyalar aradan qaldırılmalıdır. Başının altına yumşaq nəsə qoyulmalı və böyrü üstə çevrilməlidir. Ağzı qətiyyən əllə və ya qaşıqla açmağa çalışmaq olmaz. Çünki dili çıxartmaq istəsək də, dil qatlanır. Ona görə də böyrü üstə çevirdikdən sonra tutmanın keçməsini gözləməliyik.

 

- Hansı hallarda təcili yardım çağırılmalıdır?

 

- Əgər bir-iki dəqiqə ərzində tutma keçmirsə və təkrarlanırsa, o zaman təcili yardım çağırılmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub