Bakteriyaların DNT-də “troyan” antibiotiklərinin olmasına dair əlamətlər aşkarlanıb
25.03.2021 10:11

Bakteriyaların DNT-də elmə məlum olmayan, zərərsiz birləşmə şəklində bakteriyanın hüceyrəsinə keçərək onu məhv edən “troyan” antibiotiklərinin istehsalı üzrə “təlimat” aşkarlanıb. Tədqiqatın nəticələri “RSC Chemical Biology” jurnalında dərc edilib.

 

Aztibb.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqat Skolkovo Elm və Texnologiya İnstitutunun (Rusiya) və Ratqers Universitetinin (ABŞ) professoru Konstantin Severinovun rəhbərliyi ilə alimlər tərəfindən aparılıb.

 

Skolkovo Elm və Texnologiya İnstitutunun yaydığı məlumatda qeyd olunur ki, son illər alimlərin aşkarladığı yeni mikrob ştamlarına antibiotiklər təsir edə bilmir. Mütəxəssislərin fikrincə, belə ştamlar çoxalarsa, bütün antibiotiklər effektivliyini itirəcək və təbabət bir neçə əsr geri qalacaq. Alimlərin çox az sayda antibiotik sinifləri kəşf etməsi bu problemi dərinləşdirir. Lakin mütəxəssislər axtarışları davam etdirirlər. Məsələn, dörd il əvvəl Çin bioloqları bəzi kəpənək tırtıllarının qarnında yaşayan bakteriyalarda elmə məlum olmayan antibiotik növləri aşkar ediblər. Bu qəbildən digər molekullar milçək sürfələrinin, timsahın və Komodo varanının qanında aşkarlanıb.

 

Yeni tədqiqat zamanı professor Konstantin Severinovun rəhbərliyi ilə alimlər “troyan” adlandırılan antibiotiklərin xüsusiyyətlərini tədqiq ediblər. Bu cisimlər zərərsiz şəkildə mikrobun içinə keçərək, orada yeni zülal yaranması və digər mühüm hüceyrə proseslərini dayandıra bilər.

 

Tədqiqatçılar diqqəti “troyan” antibiotiklərin üç sinfində cəmləyiblər. Onların molekulları bakteriyalarda aminturşuları nəqliyyat RNT molekullarına qoşan vacib fermentlər ilə birləşir. Əgər RNT-yə qoşulma dayandırılarsa, hüceyrə yeni zülal zənciri yarada bilməz. Nəticədə mikrobların çoxalması dayanır və onlar məhv olur.

 

Alimlər bu birləşmələrin mikroblara necə keçdiyini və onların məhsulunun, bənzər antibiotiklərdən rəqiblərinə qarşı istifadə edən bakteriyaların DNT-si tərəfindən necə idarə olunduğunu ətraflı araşdırıblar.

 

Mütəxəssislər digər mikrobların genomlarında quruluşuna və güman edilən xüsusiyyətlərinə görə “troyan” antibiotiklərinə bənzər zülal yaratmağa cavabdeh olan bir neçə oxşar sahə ayırıblar. Onlar ümidvardırlar ki, DNT-nin bu sahələri və onunla bağlı zülallar yaxın vaxtlarda təfərrüatı ilə tədqiq ediləcək. Bunun nəticəsində mikrobların hələ öyrəşmədiyi yeni antibiotiklər yaratmaq mümkün olacaq. Bu, bəşəriyyətin xəstəliktörədənlərlə mübarizə vasitələrini əhəmiyyətli dərəcədə artıracaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama