Tədris Terapevtik Klinikasında yeni oksigen generatoru işə salınıb
11.07.2020 10:41

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında COVID-19 xəstələrinin müalicəsi üçün əhəmiyyətli olan yeni oksigen generatoru işə salınıb.

 

Oksigen generatoru bu gün işə salınaraq klinikada yatan xəstələri keyfiyyətli və fasiləsiz oksigenlə təmin etməyə başlayıb.

 

Generatorun işə salınma prosesini ATU-nun rektoru, professor Gəray Gəraybəyli də izləyib. Rektor bu qurğunun pandemiya dövründə xüsusilə önəmli olduğunu qeyd edib.

 

Generatorun iş prinsipi ilə yaxından tanış olan rektor tikinti-quraşdırma işlərinin də sürətlə və yüksək keyfiyyətlə həyata keçirildiyini vurğulayıb.

 

Klinikanın direktoru, professor Surxay Musayev generatorunun iş prinsipi haqqında məlumat verib:

“Klinikamız üçün ayırılmış “EKOMAK” və “MEDİSAM” generatorları saatda 35 kub metr oksigen istehsal etmək imkanına malikdir. Generator indiki pandemiya dövründə klinikanın keyfiyyətli oksigenə tələbatını tam ödəyir.
COVID-19-a yoluxmuş xəstələr əsasən ağciyər patalogiyalarına düçar olduğu və ağciyərlər zədələndiyi üçün bu xəstələrin oksigen təminatına ciddi ehtiyac olur. Bunun üçün bir gün ərzində klinikaya 100-150 oksigen balonu gətirilirdi və xəstələrin oksigen təchizatı təmin edilirdi. Oksigen balonlarının bir qismi Sumqayıt, bir qismi isə Bakıda olan müəssisələrdən alınırdı. Bəzən fasilələrin yaranma təhlükəsi olurdu ki, bu da böyük çətinliklər yaradırdı. İndi isə generatorun quraşdırılmasından sonra klinika oksigenə olan tələbatını ən keyfiyyətli oksigenlə tam təmin edəcək. Səhiyyəyə göstərilən böyük qayğıya, yaradılan bu şəraitə və dəstəyə görə ölkə prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”.

 

Sonda professor G.Gəraybəyli klinikada olan xəstələrin vəziyyəti, onların dərman təminatı, klinikanın ləvazimat təchizatı ilə maraqlanıb və burada yatan xəstələrə möhkəm can sağlığı, çalışan tibb işçilərinə isə işlərində uğurlar arzulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır