Varikoz bəlasından xilas olmağın ASAN YOLU - Professor yeni metodun detallarını açıqladı
03.03.2021 11:53
Lazerlə müalicədən sonra varikozun yenidən yaranma ehtimalı yoxdur.
 
Aztibb.az xəbər verir ki, bu barədə ilk dəfə varikozun lazerlə müalicə metodunu Azərbaycana gətirən Bakı Sağlamlıq Mərkəzinin ürək-damar cərrahı, professor Məhəmməd Kərimov Azad Azərbaycan TV-nin efirində deyib.
 
Professorun sözlərinə görə, 2010-2011-ci illərdə aparatın alınıb ölkəyə gətirilməsi, treninqlərlə metodikasının öyrənilməsinə vaxt sərf olunub: "Metodikanı öyrənmək üçün 4 ölkəyə getmişəm. İlk dəfə 2011-ci il fevralında 83 yaşlı bir qadında bu əməliyyatı icra etmişik". 
 
M.Kərimov bildirib ki, bu gün lazer müalicəsi dünyada varikoz xəstəliyinin müalicəsində qızıl standart sayılır. Artıq bu əməliyyatlar ABŞ-da 99% lazerlə icra olunur. Bu üsulun tətbiqindən sonra yeni metod yaranıb. Yeni metod lazerin bəzi çatışmayan cəhətlərini də aradan götürür. Bu, kimyəvi metodla damarların bağlanması üsuludur.
 
"2019-cu ilin noyabr ayında biz Azərbaycanda növbəti böyük ilkə imza atdıq. Bu metodun ən üstün cəhətlərindən biri də odur ki, xəstəliyin yenidən yaranma ehtimalı yoxdur", - deyə həkim qeyd edib.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama