Yaqut Qarayeva: "Yoluxanların sayı ilə sağalanların sayı eyniləşir"
10.07.2020 22:46

"Bugünkü statistikaya görə, yoluxanların sayı ilə sağalanların sayının eyniləşdiyini demək olar. Yoluxanlarla sağalanların sayı arasındakı kəskin fərq azalmağa doğru gedir. Bu, onu deməyə əsas verir ki, müəyyən bir sabitləşməyə nail ola bilmişik".

 

Bu fikirləri iyulun 10-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

 

Şöbə müdiri bildirib ki, bu sabitləşməyə vətəndaşların qaydalara riayət etməsi ilə nail olunub: "Vətəndaşlar qaydalara daha ciddi şəkildə riayət edirlər. Bunu marketlərdə, ictimai nəqliyyatda da müşahidə etmək olar. Xəstəliyin ağırlaşmasına inanan vətəndaşların sayı artıq daha çoxdur. Hər birimiz qaydalara riayət edərək xəstəliyə qalib gələ bilərik”.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır