Qripə yoluxma halları COVID-19-u ötüb
20.01.2023 19:35

Yoluxucu xəstəliklər mütəxəssisi dr. Gürkan Yılmaz qripin virusların səbəb olduğu tənəffüs yolu infeksiyası olduğunu bildirərək qeyd edib ki, burun, boğaz və ağciyərləri tutan bu xəstəlik həyat üçün təhlükəli yoluxucu xəstəliklərdən hesab edilir. 

 

Aztibb.az cumhuriyet.com.tr-yə istinadən xəbər verir ki, hər qış mövsümündə epidemiyalara səbəb olan qrip virusu strukturunu sürətlə dəyişə bilir.

 

Müşahidə edilir ki, son günlər qrip epidemiyası nəticəsində səhiyyə müəssisələrinə müraciət edənlərin sayı daha çoxdur. Qrip virusunda tez-tez baş verən struktur dəyişikliklərinin hər il və tez-tez xəstəliyə tutulmağımızın əsas səbəbi olduğunu deyən mütəxəssis qrip virusunun əsasən öskürmə, asqırma və danışma zamanı yaranan damlacıqların ağız, burun və gözlərlə təması nəticəsində yayıldığını vurğulayıb. 

 

Bundan əlavə, virus çirklənmiş səthlərdə 2-8 saat öz canlılığını saxlaya bilir. Xəstəliyin ilk günlərində evdə dincəlmək yoluxma sürətini azaltmaqda təsirli olur. 

 

Həmçinin xəstənin otağı tez-tez havalandırılmalı, əllər tez-tez yuyulmalıdır. Ağır xəstəliyə tutulma riski olmasın deyə maska taxmaq faydalıdır. 

 

Qrip qızdırma, öskürək, titrəmə, üşütmə, boğaz ağrısı, baş ağrısı, burun axması, əzələ-oynaq ağrıları ilə özünü göstərən xəstəlikdir. Öskürək iki həftə və ya daha çox davam edə bilər. Davamlı olaraq yüksək hərarət, bəlğəm və təngnəfəslik ağciyərlərin də xəstəlikdən təsirləndiyini göstərir.  

 

Risk qrupunda olan insanlar həkimləri tövsiyə edərsə, virusa qarşı yüksək təsirli antiviral dərmanlardan istifadə etməlidirlər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır