Koronavirus xolesterolu artıra bilərmi? – TƏDQİQAT
26.01.2023 12:15

COVID-19 infeksiyasından sonra yüksək xolesterol riski çox vaxt bir ilə qədər davam edir. Son iki araşdırma bəzi həkimləri görünən tendensiyaya daha yaxından baxmağa sövq edir. 

 

Aztibb.az nbcnews.com-a istinadən xəbər verir ki, bu ay “The Lancet Diabetes & Endocrinology” jurnalında dərc edilən bir araşdırmaya görə, əvvəllər koronavirus keçirmiş insanların yüksək xolesterol səviyyələri riskinin 24% artdığı müəyyən edilib. 

 

Tədqiqatın müəllifi və Sent-Luisdə Vaşinqton Universitetinin klinik epidemioloqu doktor Ziyad Əl-Aly bildirib ki, bu insanlar əvvəllər heç vaxt xolesterol problemi yaşamayan insanlardır. Lakin COVID-19-dan həftələr və aylar sonra problem yaşamağa başlayıblar. 

 

Tədqiqat zamanı 2020-ci ilin martından 2021-ci ilin yanvarına qədər, peyvəndlərin geniş yayılmasından əvvəl COVID olan 51,919 nəfər arasında yüksək xolesterolun diaqnozlarına baxılıb. Xəstələrin əksəriyyəti 60 yaşlarında insanlar olub. 

 

Eyni müddət ərzində COVID olmayan 2,6 milyon insanla müqayisədə, COVID olan xəstələrdə bir il sonraya qədər yüksək səviyyələrdə xolesterin müşahidə edilib. Digər bir araşdırmaya görə daha gənc qrup insanlarda da oxşar nəticələrə rast gəlinib. 

 

COVID virusunun niyə yüksək xolesterola səbəb ola biləcəyi aydın deyil 

 

Araşdırmalar göstəri ki, davam edən iltihab yüksək xolesterin riskinə bir səbəb ola bilər. Lakin bu tədqiqatların iştirakçıları insanların əsasən evdə qaldıqları dönəm pandemiyanın ilk dalğası zamanı da xəstə idilər. 

 

Yüksək xolesterinə səbəb kimi digər bir amil gündəlik həyat tərzində və davranışda dəyişikliklər, o cümlədən pəhriz və məşqlərin olmamasıdır. 

 

Tədqiqatçılar koronavirusdan sonra diabet, ürək-damar və böyrək xəstəlikləri riskin də artdığını söyləyirlər.   

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır