ÜST koronavirus pandemiyasına qarşı mübarizəni qiymətləndirmək üçün xüsusi yoxlama komissiyası yaradıb
10.07.2020 12:59

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasına verilən reaksiya və ona qarşı mübarizənin təşkilini dəyərləndirmək üçün müstəqil ekspertlərdən ibarət yoxlama komissiyası yaradıb.

Bu barədə məlumatı ÜST-ün Baş direktoru Tedros Qebreyesus təsdiqləyib. O, bildirib ki, komissiyanın mandatı üzv ölkələr ilə razılaşma əsasında müəyyən ediləcəkdir.

Komissiyaya rəhbərliyi Yeni Zelandiyanın keçmiş Baş Naziri Helen Klark və Liberiyanın keçmiş Prezidenti Ellen Conson-Serlif edəcəkdir.

Beynəlxalq qurumun pandemiyaya reaksiyası mütəmadi olaraq tənqid hədəfinə çevrilir. Bu tənqidlərə son qoymaq üçün komissiya ötən aylardakı fəaliyyəti təhlil edəcək, görülən işlərə qiymət verəcəkdir. Eyni zamanda, ötən dövrdə görülən işlərin təhlili gələcəkdə oxşar faciələrin qarşısını almaqda və bu sahədə əməkdaşlığı möhkəmləndirməkdə mühüm rol oynaya bilər.

Tedros Qebreyesus mətbuat konfransında bildirib ki, komissiyanın işi dünyaya əslində hər şeyin necə baş verdiyi barədə həqiqətləri olduğu kimi çatdırmaqdır. O, beynəlxalq ictimaiyyət pandemiyaya qarşı mübarizədə birliyə çağıraraq qeyd edib ki, parçalanmış qüvvələrlə bəşəriyyət ümumi düşmən üzərində qələbə qazana bilməz. Bütün dünyanı girova çevirən bu virusa qarşı mübarizə birgə təşkil olunmalı, ona cavab yolları birlikdə axtarılmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır