Vaksinasiyadan sonra da buna ciddi əməl etməliyik - TƏBİB
16.01.2021 12:08

Hər kəs sual verir ki, vaksin vurduran insan yaxınları üçün təhlükə yarada bilməz. Vaksin orqanizmə vurulan kimi insanı qorumur. Vaksinasiyadan bir müddət sonra orqanizmdə qoruyucu maddələr əmələ gəlməyə başlayır. Bu, həmişə belə olur.

 

Aztibb.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

 

Onun sözlərinə görə, ölkəmizdə 7-9 milyon insan hələ virusa yoluxmayıb, amma onlar da virusa yoluxa bilərlər:

 

“Hər kəs özünə sual verəcək ki, mən niyə peyvəndi vurdurmalıyam. Biz hələ yayda fikirləşirdik ki, hər kəs yoluxdu, bitdi, amma sonra gördük ki, bu, belə deyil. Hər kəs vaksinasiyaya ciddi yanaşmalıdır. Vaksinasiyanın aparılması nəticəsində risk qrupunda olan, ağırlaşan insanların sayı azaldılmalıdır. Amma qospitalizasiya edilə bilən insanlar yetərincə olur, ona görə də biz qapanmalara getməli oluruq. Hər kəs öz məsuliyyətini başa düşməlidir. Bizim hədəflərimiz yaşlılar və xroniki xəstəliyi olanlardır”.

 

Y.Qarayeva əlavə edib ki, 70-80 faiz əhali bu xəstəliyi ağır keçirə bilər.

 

”Birinci dozanı vurduran insanlar xəstəliyi yüngül keçirərlər, amma biz tam istədiyimiz nəticəni almaya bilərik. Buna görə də hər birimiz bu amili ciddi nəzərə almalıyıq və qorunma tədbirlərinə ciddi şəkildə əməl etməliyik”.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma