Qarpız alarkən nələrə diqqət edilməlidir? - Qızıl qaydalar
06.08.2020 14:12

Bildiyimiz kimi qarpızın insan orqanizminə inanılmaz müsbət təsirləri var. Lakin qarpızın düzgün seçilməməsi, saxlanılmaması xeyir əvəzinə zərər verə bilər.

 

Aztibb.az qarpız alarkən diqqət edilməli olan məqamları açıqlayır.

 

Qarpızı seçərkən və yeyərkən bu qaydalara əməl etmək lazımdır:

 

  • Qarpızlar avtomobil qazının tərkibində olan ağır metalları özünə çəkə bilər, buna görə də yol kənarlarından heç vaxt almaq olmaz;

 

  • Qarpızların satış yeri hasara alınmalı və çardaq altında olmalıdır, örtük ilə örtülməli və xüsusi yerlərdə saxlanılmalıdır. Yerə yığılmamalıdır;

 

  • Qarpızı kəsdirmək olmaz, çünki zərərli mikroorqanizmlər kəsilmiş yerlərdə çox sürətlə çoxalır;

 

  • Yaxşı yetişmiş qarpızı belə müəyyən etmək olar;

 

  • Tam örtüyə malikdir;

 

  • Qabığının rəngi parlaq olur;

 

  • "Göbəyi" tünd sarı, hətta narıncı olmalıdır;

 

  • Yetişmiş bir qarpız mütləq sərt, parlaq bir qabığla örtülmüş olur;

 

  • Yetişmiş qarpızın saplağı quru olur;

 

  • Yetişmiş qarpıza vurduqda silkələnir, cingiltili səs çıxarır;

 

  • Sıxdıqda isə zəif xartıltı eşidilir;

 

  • Qarpızın ölçüsü onun yetişməsi ilə əlaqəli deyil.

 

Qeyd edək ki, qarpızı kəsmədən əvvəl sabun və ilıq su ilə yaxşıca yuyulmalıdır. Çünki qabığdakı torpaq, toz və mikroorqanizm hissəcikləri qabıq üzərində sürətlə yayılır. Kəsilmiş qarpız yalnız soyuducuda saxlanılmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub