Azərbaycanda koronavirusa yoluxma sayı ən az olan rayon - Ucar 
09.07.2020 15:40

Ən az yoluxma qeydə alınan rayon və şəhərlərdə ümumi xəstələrin sayı 5-6 civarındadır. Belə ki, epidemioloji vəziyyətin qənaətbxş olduğu Ucarda 4 nəfər, Yardımlıda 5 nəfər, Zərdabda 5 nəfər, Xızıda 6 nəfər, Daşkəsəndə 6 nəfər, Oğuzda 7 nəfərdə COVİD-19 testinin nəticələri pozitivdir.


koronavirusinfo.az saytının məlumatına görə, yoluxma sayında artım müşahidə edilən zonalar “sarı” zonaya daxil edilib.

Salyan, Astara, Ağcabədi, Neftçala, İsmayıllı və Biləsuvarda xəstə sayında artım olduğundan bölgələrin “narıncı” zonaya keçməməsi üçün müvafiq tədbirlər görülür. Belə ki, Neftçalada 33 nəfər, İsmayıllıda 50 nəfər, Ağcabədidə 57 nəfər, Astarada 64 nəfər, Biləsuvarda 67 nəfər, Salyanda 70 nəfərdə koronavirus xəstəsi var.

 

“Narıncı” zonaya daxil olan Şəkidə yoluxma sayı 62, Yevlaxda  95, Cəlilabadda 247, Abşeronda 479, Sumqayıtda 728, Bakının Nəsimi rayonunda 739 nəfərdə koronavirus aşkarlanıb. Bu zonalarda ya yuxarı sayda aktiv xəstə var, yaxud da son günlər yoluxmanın sürətlə artdığı müşahidə edilir.

 

Qeyd edək ki, indiyədək Azərbaycanda 21 916 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8 542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Ötən müddət ərzində isə ümumilikdə 537 230 test aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır