Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü
09.07.2020 09:40
Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 12 milyon nəfəri ötüb.
 
Pandemiyanın statistikasını aparan "Worldometer" saytı iyulun 7-də dünya üzrə daha 208 min 87 koronavirusa yoluxma halı aşkarlandığını açıqlayıb. Bununla yanaşı, daha 5 min 515 nəfər isə həyatını itirib.
 
Saytın son məlumatına əsasən, indiyədək koronavirus infeksiyasına 12 milyon 3309 yoluxma və 547 min 859 ölüm faktı qeydə alınıb. Yoluxanların 6 milyon 947 minə yaxını sağalıb, müalicəsi davam edən 4 milyon 508 min 539 xəstədən 58 min 293-nün vəziyyəti ağır qiymətləndirilir.
 
ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyon 100 min nəfərdən çoxdur. Bu göstəriciyə görə sonrakı yerlərdə Braziliya (1 milyon 674 min 655), Hindistan (754 min 152), Rusiya (700 min 792), Peru (309 min 278) və Çili (301 min 19) gəlir.
 
Amerika Birləşmiş Ştatları COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 134 min 55 nəfər. İlk beşliyə daxil olan Braziliyada 66 min 868, Birləşmiş Krallıqda 44 min 517, İtaliyada 34 min 899, Meksikada isə 32 min 14 nəfər dünyasını dəyişib.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır