Avstraliyanın Viktoriya ştatında koronavirusa görə fəlakət rejimi elan edilib
03.08.2020 08:41

Avstraliyanın Viktoriya ştatında koronavirusun geniş yayılması ilə əlaqədar fəlakət rejimi elan edilib.


Aztibb.az xəbər verir ki, bu barədə ştatın Baş naziri Deniel Endryüs avqustun 2-də bəyan edib.

“Ştatın bəzi rayonlarında artıq real təhlükə mövcuddur və bu, dayanmadan artır. Buna görə də, avqustun 12-də axşam saat 18:00-dan başlayaraq, ştat ərazisində fəlakət rejimi elan olunur. Bu, polisə sanitar-epidemioloji qaydalara əməl edilməsi üçün nəzarəti gücləndirmək imkanı verəcək”, - deyə Baş nazirin saytında dərc olunan bəyanatda bildirilir.


Qeyd edilir ki, fəlakət rejimi ilə bağlı məhdudiyyətlər Melbrunda bazar günü axşamdan, bütün ştat ərazisində isə avqustun 5-də saat 12:00-dan sonra tətbiq olunacaq. Bunun altı həftə ərzində, sentyabrın 13-dək davam edəcəyi bildirilir.

 

D.Endryüs əlavə edib ki, Melburnda məhdudiyyətlər, eyni zamanda, saat 20:00-dan saat 5:00-dək komendant saatının tətbiqini də nəzərdə tutur. Həmin müddət ərzində yalnız səhiyyə xidmətinə ehtiyacı olanlar və həmin xidməti göstərənlər evlərini tərk edə bilərlər. Bununla yanaşı, komendant saatı ərzində ictimai nəqliyyatın hərəkəti ixtisar ediləcək, gecə işləyən bütün müəssisələr bağlanacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır