Almaniya ABŞ-ın ÜST-dən çıxmasını beynəlxalq əməkdaşlığa zərbə adlandırıb
08.07.2020 23:17

ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması koronavirus pandemiyası şəraitində fəaliyyəti daha vacib olan beynəlxalq əməkdaşlıq sisteminə zərbədir.

 

AzTibb.az alarabiya.net saytına istinadla xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Martin Fits jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

 

“Almaniya hökuməti ÜST-ün fəaliyyətini yüksək qiymətləndirir. Bu, əsasən də hazırkı dövrdə daha vacibdir. Biz ABŞ-ın ÜST-dən çıxmasını beynəlxalq əməkdaşlığa zərbə hesab edirik. Bütün dünyada infeksiyanın yayılması beynəlxalq əməkdaşlığa daha çox ehtiyacın olduğunu göstərir”, - deyə Almaniya hökumətinin nümayəndəsi bildirib.

 

İyulun 7-də BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik ABŞ-ın 2021-ci il iyulun 6-da ÜST-dən çıxacağı barədə Antonio Quterreşə bildiriş göndərdiyi barədə məlumat verib. Onun sözlərinə görə, BMT-nin Baş katibi ABŞ-ın təşkilatdan çıxma prosedurunda nəzərdə tutulan şərtlərin yerinə yetirilməsini yoxlamalıdır. Bu şərtlərə təşkilatı tərk etmə barədə bir il öncədən məlumatlandırma və maliyyə öhdəliklərinin yerinə yetirilməsi daxildir.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mayın 29-da Vaşinqtonun ÜST ilə əlaqələri dayandırmaq niyyətində olduğunu bildirmişdi. O, hesab edir ki, Çin hakimiyyəti və ÜST rəhbərliyi yeni koronavirusun yayılması ilə bağlı lazımi tədbirləri görməyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır