Bu yaş qrupundan olan uşaqlar koronavirusu daha çox yaya bilər - Araşdırma
31.07.2020 11:21

ABŞ-ın Çikaqo Pediatriya Xəstəxanası alimlərinin tədqiqatına əsasən, yaşı 5-dən çox olan uşaqlar və böyüklər kimi, 5 yaşına qədər uşaqlar da COVID-19-u yaya bilərlər.

 

Aztibb.az popmech.ru saytına istinadla xəbər verir ki, tədqiqatda ilk simptomların yaranmasından bir həftədən az vaxt keçən yüngül və orta dərəcəli 145 COVID-19 hadisəsi analiz edilib. Xəstələr üç yaş qrupuna bölünüblər –  5 yaşa qədər, 5-dən 17 yaşa qədər olan uşaqlar və 18-dən 65 yaşa qədər böyüklər.

 

Alimlər aşkar ediblər ki, SARS-CoV-2-yə yoluxmuş 5 yaşa qədər uşaqlarda burunda genetik materialın səviyyəsi böyük yaş qruplarına nisbətən daha çoxdur.

 

Tədqiqatın müəllifi Teylor Hild-Sarcent araşdırma nəticələrini şərh edərək bildirib ki, 5 yaşa qədər olan COVID-19-lu uşaqlarda virus yüklənməsi yüksək olduğundan daha çox yoluxmalarla nəticələnə bilər.

 

Qeyd olunur ki, tədqiqatın nəticələri pandemiya şəraitində məktəblərin və uşaq bağçalarının yaxın zamanda açılmasına dair qərarlara təsir göstərə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır