Son sutka ərzində dünyada koronavirusa rekord yoluxma qeydə alınıb
30.07.2020 16:26

Son sutka ərzində dünyada koronavirusa rekord sayda – 290 min 459 yoluxma halı aşkarlanıb. Əvvəlki rekord iyulun 24-də qeydə alınmışdı: 289 min 611 nəfər.

 

Aztibb.az pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, iyulun 29-da COVID-19 infeksiyası səbəbindən 7 min 34 nəfər həyatını itirib.

 

Saytın Bakı vaxtı ilə bu gün saat 15:50-yə olan məlumatına əsasən, dünyada koronavirusa yoluxanların sayı 17 milyon 214 min 379 nəfərə, ölənlərin sayı isə 670 min 918 nəfərə çatıb. Eyni zamanda, 10 milyon 727 min 382 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 5 milyon 816 min 79 xəstədən 66 min 383-nün vəziyyəti ağır qiymətləndirilir.

 

Ötən sutka ərzində ən çox yoluxma halı ABŞ-da qeydə alınıb - 66 min 921 nəfər. Hazırda Birləşmiş Ştatlarda COVID-19 infeksiyasına yoluxanların sayı 4 milyon 568 min 375 nəfərə çatıb. İyulun 29-da ölkədə yoluxma sayına görə rekordun müəyyən edildiyi (70 min 869 nəfər) Braziliyada isə bu göstərici 2 milyon 555 min 518 nəfərdir. İyulun 29-da yoluxma hallarına görə daha bir rekord Hindistanda qeydə alınıb – 52 min 249 nəfər. Burada yoluxanların ümumi sayı 1 milyon 584 min 384 nəfər təşkil edir. Bu göstəriciyə görə sonrakı yerləri Rusiya (834 min 499), Cənubi Afrika Respublikası (471 min 123) və Meksika (408 min 449) tutur.

 

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 153 min 848 nəfər. İlk beşliyə daxil olan Braziliyada 90 min 188, Birləşmiş Krallıqda 45 min 961, Meksikada 45 min 361, İtaliyada isə 35 min 129 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

 

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır