Çində koronavirusun ikinci dalğası müşahidə olunur - Bu şəhərdə
30.07.2020 11:40

Çinin şimal-şərqindəki Liaonin vilayətinin sahil şəhəri olan Dalyanda yeni növ koronavirusun (COVID-19) yayılmasının ikinci dalğası müşahidə olunur.

 

Aztibb.az ctvnews.ca saytına istinadla məlumat verir ki, iyulun 22-də şəhərdəki dəniz məhsulları emalı müəssisəsi ilə əlaqəli ilk yoluxma faktı aşkarlanandan sonra təsdiqlənmiş yoluxanların sayı artaraq 57-yə, asimptomik xəstələrin sayı isə 34-ə çatıb. Şəhər rəhbərliyi virusun yayılmasının qarşısını almaq üçün sərt karantin tədbirlərinin tətbiqinə başlayıb. Belə ki, 1614 mədəni, əyləncə-istirahət və turizm obyektləri, o cümlədən muzeylər, teatr və kinoteatrlar, incəsənət qalereyaları, internet kafelər, karaoke klubları orta və yüksək riskli zonalar elan olunaraq, onların fəaliyyəti dayandırılıb.

 

Bundan başqa, aşağı riskli zona kimi təsnifatlandırılan ictimai binalara giriş-çıxış bağlı elan olunub, uşaq bağçalarının fəaliyyəti dayandırılıb. Şəhərin 3 rayonunda ictimai nəqliyyatın, o cümlədən taksilərin fəaliyyəti məhdudlaşdırılıb. Şəhəri yalnız koronavirus testinin nəticəsi neqativ olanlar tərk edə bilər.

 

Virusun yayılması ilə mübarizə tədbirləri çərçivəsində Dalyanda kütləvi test prosesinə başlanılıb. Bu işə təxminən 18 min tibb işçisi cəlb olunub. İndiyədək 4 milyona yaxın sakin testdən keçib.

 

Artıq paytaxt Pekin də daxil olmaqla, Çinin 9 şəhərində Dalyan ilə əlaqəli yoluxma halları qeydə alınıb.

 

Qeyd edək ki, 7 milyon əhalisi olan Dalyan şəhərində martdan sonra yoluxma aşkarlanmamışdı. Dalyan Pekin və Urumçidən sonra Çində koronavirusun ikinci dalğasının müşahidə olunduğu növbəti şəhərdir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır