Hacıqabulda koronavirus xəstəsi evi tərk edib
29.07.2020 10:36

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları və Rayon Mərkəzi Xəstəxanasının həkim briqadasının keçirdikləri reydlər zamanı koronavirusa yoluxmuş şəxsin evi qanunsuz olaraq tərk etdiyi müəyyən edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Aztibb.az-a verilən məlumata görə, polis əməkdaşları və həkimlər tərəfindən keçirilmiş reydlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxmış şəhər sakini Xəqani Cəfərov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.

 

X.Cəfərovun şəhər ərazisində olduğu yer müəyyən edilmiş və dərhal təcili tibbi yardım avtomobilinə mindirilərək Sabirabad rayon Mərkəzi Xəstəxanasına göndərilib.

 

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır